Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Döyüş növləri
    "Son anda səfərdən imtina edildi deyə, bilet ikiqat baha başa gəldi" – Zaretskaya
    10.06.2023 16:18:41

    Azərbaycanın karate üzrə dünya çempionu İrina Zaretskaya bu gün Yaponiyanın Fukuoka şəhərində keçirilən Premyer Liqa yarışında mübarizəyə başlayıb. O, ötən ay Mərakeşin paytaxtı Rabatda keçirilmiş Premyer Liqa turnirinə özünün tapdığı maliyyə hesabına yollanmışdı. Buna səbəb Azərbaycan Milli Karate Federasiyasının yaşadığı maliyyə böhranıdır.

    Prosport.Az 27 yaşlı idmançıdan bu və digər məsələlərlə bağlı müsahibə götürüb.

    – Bu mövsüm ilk qızıl medalınızı Mərakeşdə qazandınız. Özü də martda İspaniyada keçirilmiş Avropa çempionatının finalında uduzduğunuz İsveçrə təmsilçisi Elena Kuiriçidən revanş aldınız...
    – Mənim üçün mövsüm əla keçir. Hər yarışımda medal kürsüsünə çıxıram. Bu il ilk medalım yanvarda Misirin paytaxtı Qahirədə keçirilmiş Premyer Liqa turnirində oldu. Avropa çempionatının finalında Kuiriçi ilə qarşılaşdım. Hakimlərin qərarına əsasən finalda qələbə ona verildi. Rabatdakı Premyer Liqada isə hamıya qalib gəldim. Cəmi 1 xal rəqibə verdim, o da mübahisəli idi. Hazırlıqlarım plan üzrə gedir. Bu ay Polşadakı Avropa Oyunları və oktyabrda Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatı öncəsi bu, vacibdir. Bu mötəbər turnirlərə maksimal olaraq hazırlaşıram. Sizin sözünüzə gəlincə, mən heç kəsdən revanş almağa çalışmıram. Öz planım üzrə irəliləyirəm. Gördüyünüz kimi, hər dəfə nəticə göstərirəm.

    – Artıq şəxsi məşqçiniz Denis Morozov yığmada işləmir. Bu sizə çətinlik yaratmır?
    – Mənə çətinlik yaradan Olimpiya Oyunları və İslam Həmrəylik Oyunları zamanı olan əvvəlki peşəkar yanaşmanın olmamasıdır. İndi isə Avropa Oyunlarına hazırlaşmaq və yarışlara getməyim üçün özüm maliyyə tapmalıyam. Azərbaycanı layiqincə təmsil etmək, bayrağı qaldırmaq və medal kürsüsünə çıxmaq üçün orada özüm məşqçi axtarışına çıxmalıyam. Bax, bunlar mənə çətinlik yaradır. Əlbəttə, mənə Denislə birgə çalışmaq rahat idi. O, çox yaxşı məşqçidir və millini ən yaxşı səviyyəyə qaldırdı. Hazırda qadınlarda Avropa Oyunlarına 4 lisenziyamızın olmasında onun böyük əməyi var. Ümumilikdə isə 8 lisenziyamız var. Avropa Oyunlarında karatenin kumite növü üzrə ən çox lisenziya qazanan ölkə bizik. Mən bizim komandanın necə çalışdığını görürəm və niyə görə əvvəlki kimi yarışlara gedə bilmədiyimizi anlamıram.

    – Sirr deyilsə, Mərakeşdə iştirakınız nə qədər maliyyə vəsaitinə səbəb oldu?
    – Bu məbləği deməyəcəyəm. Amma onu deyə bilərəm ki, bizə Avropa çempionatından sonra demişdilər ki, Mərakeşə mütləq gedəcəyik. Ancaq bu sözlər tutulmadı və son anda səfərdən imtina edildi. Bu isə biletin ikiqat baha başa gəlməsinə səbəb oldu.

    – Rafael Ağayevin paylaşımında görmüşdük. Siz və Rafael birgə Ekvadorun paytaxtı Kitoda seminar keçirəcəksiniz. Bu necə baş verdi?
    – Bu təklif mənim və Rafael Ağayevin karateçi dostlarından gəldi. Onlar ötən ilin sentyabrında Bakıda baş tutmuş Premyer Liqa yarışına gəlmişdilər, Ekvadordan idilər. Həmin insanlar Rafael Ağayevlə mənim seminarımı təşkil edəcəklər. Biz orada master-klass keçəcəyik, gənc nəsillə öz bildiklərimizi bölüşəcəyik. Bu seminar iyulun sonlarında olacaq.

    Səbuhi Musa

    P.S. İrina Zaretskaya Fukuokadakı yarışa Gənclər və İdman Nazirliyinin maliyyəsi hesabına yollanıb.

    Futbol

    "Sabah"a vura bilməyimiz qolları "Fənərbağça"ya saxladıq" - Lukaş Provod

    14.10.2026 15:13:56
    Futbol

    "Məqsədimiz hər oyunda 3 xal qazanmaqdır" - Hayderson Hurtado

    12.10.2026 19:17:07
    Cüdo

    "Kindzerskayanın niyyəti ciddidirsə, özü ilə söhbət edərik" – Rəşad Rəsullu

    12.10.2026 17:44:31
    Digər idman növləri

    "Dünya Kubokunun Bakıda keçirilməsi yalnız bu il üçün nəzərdə tutulmuşdu" – Baş katib

    10.10.2026 10:46:15
    Cüdo

    "Ömər özü dünya çempionu olmaq istəyirdi" – Onun qohumu Fərhad Rəcəbli

    9.10.2026 15:42:46
    Müsahibə

    "Düşünürdüm ki, atamı sevindirim" – İlk dəfə dünya 3-cüsü olan Murad Fətiyev

    8.10.2026 19:50:12
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Yığmamız beynəlxalq təlim-məşq toplanışında

    20.10.2026 15:06:53

    Güləş yığmalarımızın dünya çempionatı üçün heyəti açıqlandı - ADLAR

    20.10.2026 14:48:53

    “Sabah” bir oyunda bütün mövsümdəkindən çox azarkeş toplayacaq” - Almaniya mətbuatı

    20.10.2026 14:10:18

    FIFA reytinqi: Millimiz yeriində saydı

    20.10.2026 13:49:51

    Azərbaycan klubunun avrokubok oyunu təxirə salındı

    20.10.2026 13:36:38

    "Neftçi"nin sabiq prezidenti Macarıstana gedir

    20.10.2026 12:52:52

    Rəşad Nəbiyev dünya çempionatında iştirak edən cüdoçularla görüşdü

    20.10.2026 12:16:58

    "Sabah"ın gəncləri ilk xal axtarışında

    20.10.2026 11:16:27

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved