Azərbaycanın qadınlardan ibarət futbol millisinin FIFA reytinqindəki mövqeyi dəyişməyib.
Prosport.Az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv hazırda 1317.93 xalla 75-ci sıradadır.
Siyahıya İspaniya seçməsi (2121.50) başçılıq edir.
ABŞ (2042.38) 2-ci, Almaniya (2034.62) 3-cü pillədə qərarlaşıb.
