FIBA Avropa Kubokunun müntəzəm mövsümü çərçivəsində “Rilski Sportist” və “Gəncə” BK arasında keçirilməli olan oyun nəzərdə tutulan vaxtda baş tutmayacaq.
Prosport.Az xəbər verir ki, buna səfərlə bağlı yaranmış çətinliklər səbəb olub.
C qrupunun qarşılaşmasının oktyabrın 21-də, çərşənbə günü Bolqarıstanın Samokov şəhərində keçirilməsi planlaşdırılırdı.
