Azərbaycan millisinin futbolçusu Toral Bayramovun çıxış etdiyi “Bursaspor” növbəti qələbəsini qazanıb.
Prosport.Az xəbər verir ki, Bursa təmsilçisi Türkiyə I Liqasının XI turunda doğma meydanda “Pendikspor”u 2:0 hesabı ilə məğlub edib.
“Atatürk Spor Kompleksi Matlı” stadionunda keçirilən qarşılaşmada hesabı 10-cu dəqiqədə Halil Akbunar açıb. 62-ci dəqiqədə isə Keleçi İheanaço fərqi artıraraq yekun nəticəni müəyyənləşdirib.
Toral Bayramov 77-ci dəqiqədə meydana daxil olub.
Bu qələbə sayəsində “Bursaspor” 25 xalla 2-ci pillədəki mövqeyini qoruyub. Komanda lider “Kayserispor”dan cəmi 1 xal geri qalır.
