“Sabah”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda "Barselona” ilə keçirəcəyi ev oyununun biletləri bu gündən satışa çıxarılıb.
Prosport.Az xəbər verir ki, biletlər iTicket.az vasitəsilə həyata keçirilir. Biletlərin qiymətləri 15-1500 manat arasında dəyişir.
Noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.
Xatırladaq ki, Valdas Dambrauskasın komandası sabah III turda Dortmund “Borussiya”sını qəbul edəcək.
