Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    "Azərbaycan Paralimpiya Hərəkatının inkişafında mühüm nümunədir" - Endrü Parson
    19.10.2026 16:10:30

    "Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi münasibətilə Beynəlxalq Paralimpiya Komitəsi adından ən səmimi təbriklərimi çatdırıram. Otuz il əvvəl Azərbaycan Milli Paralimpiya Komitəsinin təməlini qoyduğu möhkəm əsaslar həm təşkilatın, həm də ölkədə əlilliyi olan şəxslərin cəmiyyət həyatında mühüm və davamlı yer tutmasına zəmin yaradıb. İnkişafa töhfə vermək, yeni imkanlar yaratmaq və inklüzivliyi təşviq etmək istiqamətində göstərdiyiniz ardıcıl səylər daha inklüziv cəmiyyətin formalaşmasına mühüm xidmət edir".

    Prosport.Az xəbər verir ki, bu fikirlər Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endrü Parsonsun Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi münasibətilə Komitənin kollektivi və paralimpiyaçılarına ünvanladığı müraciətdə yer alıb.

    Onun sözlərinə görə, Paralimpiya Hərəkatının inkişafı və güclənməsi, ilk növbədə, üzvlərin tərəqqisi və nailiyyətləri ilə bağlıdır: “Bu baxımdan, Azərbaycan Milli Paralimpiya Komitəsinin əldə etdiyi nəticələr xüsusi qeyd olunmağa layiqdir. “Atlanta-1996” Yay Paralimpiya Oyunlarında cəmi iki idmançı ilə debüt edən Azərbaycan bugünədək doqquz Paralimpiya Oyununda 68 medal qazanıb. Bu inkişaf ölkədə paraidmanın daha geniş tanınmasına, paralimpiyaçıların uğurlarının cəmiyyətdə daha çox görünməsinə və əlilliyi olan şəxslər üçün yeni imkanların yaranmasına mühüm töhfə verib. Medal göstəricilərindən əlavə, Uşaq Paralimpiya Hərəkatı və Uşaq Paralimpiya Oyunları kimi təşəbbüslər əlilliyi olan uşaqların idmana cəlb olunmasında mühüm rol oynayır. Bu layihələr uşaqların sağlamlığının möhkəmləndirilməsinə, reabilitasiya prosesinin dəstəklənməsinə, özünəinamının artırılmasına və onların gündəlik həyata daha fəal inteqrasiyasına müsbət təsir göstərir”.

    E.Parsons bildirib ki, kütləvi idman proqramlarına yatırımlar və idmançıların inkişafına xüsusi diqqət sayəsində Raman Saley kimi paraüzgüçülər və Lamiyə Vəliyeva kimi paraatletlər bütün ölkə üçün ilham mənbəyinə çevriliblər: “Eyni zamanda, paracüdo üzrə ikiqat Paralimpiya çempionu, Azərbaycan cüdosunun inkişafında öncül rol oynamış və Milli Paralimpiya Komitəsinin vitse-prezidenti kimi fəaliyyət göstərən İlham Zəkiyevin nümunəsi onun yalnız liderlik keyfiyyətlərini deyil, həm də ölkənin Paralimpiya Hərəkatının cəmiyyətə göstərdiyi təsiri əks etdirir. Beynəlxalq Paralimpiya Komitəsi hesab edir ki, Paralimpiya Hərəkatının davamlı inkişafı hökumətlərin və qanunvericilərin dəstəyi olmadan mümkün deyil. Azərbaycan bu baxımdan mühüm nümunədir”.

    Qurum rəhbəri vurğulayıb ki, Azərbaycanda Paralimpiya Hərəkatının inkişafı idman infrastrukturuna yatırılan dövlət investisiyaları və əlilliyi olan şəxslərin hüquq və imkanlarının genişləndirilməsinə yönəlmiş qanunvericilik tədbirləri ilə daha da gücləndirilir: “Paraidmanın dəyişdirici gücünü və “Dəyişiklik idmandan başlayır” prinsipini rəhbər tutan Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi inklüzivliyin daha da genişləndirilməsinə və əlilliyi olan şəxslər üçün yeni imkanların yaradılmasına mühüm töhfə verir. Bir daha bu əlamətdar yubiley münasibətilə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin bütün əməkdaşlarını, rəhbərliyini, strateji tərəfdaşlarını və bu mühüm mərhələnin əldə olunmasına öz töhfəsini verən çoxsaylı dəstəkçilərini səmimi-qəlbdən təbrik edirəm. Arzu edirəm ki, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi qarşıdakı illərdə də Paralimpiya Hərəkatının inkişafına, inklüziv cəmiyyətin formalaşmasına və əlilliyi olan şəxslər üçün yeni imkanların yaradılmasına töhfə verərək öz davamlı və uzunmüddətli təsirini daha da gücləndirsin”.

    Digər idman növləri

    "Azərbaycan Paralimpiya Hərəkatının inkişafında mühüm nümunədir" - Endrü Parson

    19.10.2026 16:10:30
    Digər idman növləri

    Yığmamız Avropa birinciliyini 9 medalla tamamladı

    19.10.2026 15:36:35
    Digər idman növləri

    2 idmançımız zədələndi, millimiz yarımfinal görüşünə çıxa bilmədi

    19.10.2026 10:26:41
    Digər idman növləri

    Millimiz Polşada toplanış keçəcək

    18.10.2026 16:04:47
    Digər idman növləri

    Azərbaycan çempionatında mövsümə yekun vuruldu

    17.10.2026 19:11:16
    Digər idman növləri

    Bakıdakı dünya çempionatında həvəskar sumo qaydaları əsas götürüləcək

    17.10.2026 16:03:30
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Yığmamız dünya çempionatını ilk "10-luq"da başa vurdu

    19.10.2026 16:53:58

    "Azərbaycan Paralimpiya Hərəkatının inkişafında mühüm nümunədir" - Endrü Parson

    19.10.2026 16:10:30

    Yığmamız Avropa birinciliyini 9 medalla tamamladı

    19.10.2026 15:36:35

    Mahir Emreli yenə baş məşqçisiz qaldı

    19.10.2026 15:13:27

    "Gözləntilərimizi doğrultmayan məşqçilərlə yollarımızı ayıracağıq" - "Qarabağ"ın baş direktoru

    19.10.2026 14:35:29

    Sabiq "Qarabağ"lıdan 1 qol, 2 assist - VİDEO

    19.10.2026 14:17:00

    Asif Məmmədov son 18 mövsümün rekordunu yenilədi

    19.10.2026 13:42:22

    "Məqsədimiz təkcə futbolçu yetişdirmək deyil" - Əmrah Çəlikəl

    19.10.2026 13:19:04

    "Borussiya" Bakıya bu futbolçularla gəlir - ADLAR

    19.10.2026 12:43:08

    "Sabah"da Bundesliqanın bəzi futbolçularından daha çox qazanıram" - Coy-Lens Mikels

    19.10.2026 12:25:51

    "Turan Tovuz" 50-ci dəfə uduzdu

    19.10.2026 11:45:11

    Aleksey Kaşşuk yenidən yığma məşqçilərinin diqqət mərkəzində

    19.10.2026 11:08:30

    Premyer Liqada mövsümün tamaşaçı rekordu qeydə alındı

    19.10.2026 10:49:36

    2 idmançımız zədələndi, millimiz yarımfinal görüşünə çıxa bilmədi

    19.10.2026 10:26:41

    "Sabah”la görüşdə eyni səhvləri təkrarlamamalıyıq" - "Borussiya"nın idman direktoru

    19.10.2026 10:00:14
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved