Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Məqsədimiz təkcə futbolçu yetişdirmək deyil" - Əmrah Çəlikəl
    19.10.2026 13:19:04

    "Klub rəhbərliyi məşqçilərin və “Qarabağ”da çalışan digər əməkdaşların peşəkar inkişafına xüsusi önəm verir. Bu məqsədlə Azərbaycan İdman Akademiyasına müraciət edildi və əməkdaşlıq təklifi müsbət qarşılandı. Bu baxımdan proqramın həyata keçirilməsində əməyi olan şəxslərə təşəkkürümü bildirirəm".

    Prosport.Az xəbər verir ki, bu sözləri “Qarabağ” futbol klubunun baş direktoru Əmrah Çəlikəl Azərbaycan İdman Akademiyası (ASA) ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Futbol məşqçilərinin peşəkar inkişaf proqramı”nın yekunlarına həsr olunmuş tədbirdə deyib.

    O bildirib ki, futbolçu yetişdirərkən yalnız məşqçilərin şəxsi təcrübəsinə əsaslanmaq kifayət deyil, bu prosesdə elmi yanaşma da vacibdir: “Bu prosesdə elmi əsaslara söykənən metodlardan istifadə olunmalı, məşqçilərin bilik və bacarıqları mütəmadi olaraq inkişaf etdirilməlidir. Bu istiqamətdə Azərbaycan İdman Akademiyası ilə əməkdaşlıq klub üçün mühüm əhəmiyyət daşıyır. “Qarabağ”ın məqsədi yalnız futbolçu yetişdirmək deyil, həm də vətənini sevən, cəmiyyətə faydalı, yaxşı vətəndaşlar formalaşdırmaqdır. Akademiyaya gələn uşaqların ilk növbədə yaxşı övlad, yaxşı şagird və vətəninə bağlı vətəndaş kimi yetişməsinə çalışırıq. Futbolçu olmaq üçün potensialı olan uşaqlara isə bu istiqamətdə dəstək göstərilir”.

    Klub rəsmisinin sözlərinə görə, uşaqlarla birbaşa ünsiyyətdə olan məşqçilərin elmi biliklərinin və peşəkarlıqlarının artırılması vacibdir: “Bu səbəbdən məşqçilər proqram çərçivəsində keçirilən dərslərdə iştirak ediblər. Bəzi iştirakçılar proqramı uğurla başa vurdu, bəziləri isə müəyyən çətinliklərlə üzləşdilər. Amma bildirməliyik ki, bu təlimlər davamlı şəkildə təşkil olunacaq”.

    Futbol

    Mahir Emreli yenə baş məşqçisiz qaldı

    19.10.2026 15:13:27
    Futbol

    "Gözləntilərimizi doğrultmayan məşqçilərlə yollarımızı ayıracağıq" - "Qarabağ"ın baş direktoru

    19.10.2026 14:35:29
    Futbol

    Sabiq "Qarabağ"lıdan 1 qol, 2 assist - VİDEO

    19.10.2026 14:17:00
    Futbol

    Asif Məmmədov son 18 mövsümün rekordunu yenilədi

    19.10.2026 13:42:22
    Futbol

    "Məqsədimiz təkcə futbolçu yetişdirmək deyil" - Əmrah Çəlikəl

    19.10.2026 13:19:04
    Futbol

    "Borussiya" Bakıya bu futbolçularla gəlir - ADLAR

    19.10.2026 12:43:08
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Azərbaycan Paralimpiya Hərəkatının inkişafında mühüm nümunədir" - Endrü Parson

    19.10.2026 15:37:30

    Yığmamız Avropa birinciliyini 9 medalla tamamladı

    19.10.2026 15:36:35

    Mahir Emreli yenə baş məşqçisiz qaldı

    19.10.2026 15:13:27

    "Gözləntilərimizi doğrultmayan məşqçilərlə yollarımızı ayıracağıq" - "Qarabağ"ın baş direktoru

    19.10.2026 14:35:29

    Sabiq "Qarabağ"lıdan 1 qol, 2 assist - VİDEO

    19.10.2026 14:17:00

    Asif Məmmədov son 18 mövsümün rekordunu yenilədi

    19.10.2026 13:42:22

    "Məqsədimiz təkcə futbolçu yetişdirmək deyil" - Əmrah Çəlikəl

    19.10.2026 13:19:04

    "Borussiya" Bakıya bu futbolçularla gəlir - ADLAR

    19.10.2026 12:43:08

    "Sabah"da Bundesliqanın bəzi futbolçularından daha çox qazanıram" - Coy-Lens Mikels

    19.10.2026 12:25:51

    "Turan Tovuz" 50-ci dəfə uduzdu

    19.10.2026 11:45:11

    Aleksey Kaşşuk yenidən yığma məşqçilərinin diqqət mərkəzində

    19.10.2026 11:08:30

    Premyer Liqada mövsümün tamaşaçı rekordu qeydə alındı

    19.10.2026 10:49:36

    2 idmançımız zədələndi, millimiz yarımfinal görüşünə çıxa bilmədi

    19.10.2026 10:26:41

    "Sabah”la görüşdə eyni səhvləri təkrarlamamalıyıq" - "Borussiya"nın idman direktoru

    19.10.2026 10:00:14

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved