“Qarabağ”ın sabiq futbolçusu Kamilo Duran “Seltik”in heyətində Şotlandiya çempionatında növbəti qolunu vurub.
Prosport.Az xəbər verir ki, 24 yaşlı hücumçu bu dəfə Premyerşipdə IX turun “Harts”la ev oyununda fərqlənib.
O, komandasının 7:1 hesabı ilə qalib gəldiyi görüşün 49-cu dəqiqəsində rəqibi məyus edib və daha 2 qolun məhsuldar ötürməsini verib.
Beləliklə, Duran yayda “Qarabağ”dan transfer olunduğu komandada 15-ci matçında 9-cu qolu vurub. O, həm də 5 məhsuldar ötürmə müəllifidir.
Qeyd edək ki, “Seltik” “Dandi” ilə səfər matçında 1:1 hesablı heç-heçə edən ən yaxın izləyicisi “Reyncers”i 4 xal geridə qoyaraq, 24 xalla liderliyini davam etdirir.
