"Növbəti qələbəmizi qazandıq. Bu gün üçün işimizi başa vursaq da, oyunun 2-ci hissəsində yaxşı oynamadıq".
Prosport.Az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Lazar Spasiç Azərbaycan Basketbol Liqasının III turunda NTD-yə 100:75 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
Serbiyalı mütəxəssis sabahdan başlayaraq "Naxçıvan'la qarşıdakı matça hazırlaşacaqlarını bildirib: "İnanıram ki, həmin oyunda daha yaxşı çıxış edəcəyik".
