Qadın voleybolçulardan ibarət "Turan" komandası bu gün CEV Çempionlar Liqasında ilk oyununa çıxacaq.
Prosport.Az xəbər verir ki, Ziya Rəcəbovun başçılıq etdiyi kollektiv II təsnifat mərhələsində Xorvatiyanın "Mladost Zaqreb” klubu ilə qarşılaşacaq.
Tovuz Olimpiya İdman Kompleksində təşkil olunacaq görüş saat 19:00-da başlayacaq.
Qeyd edək ki, komandalar arasında cavab matçı oktyabrın 29-da səfərdə olacaq.
