Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Akademiya
    "Minskdə çempion olacağımızı gözləmirdik" – Elçin Rəhmanovun oğlu
    29.03.2024 14:55:00

    Belarusun paytaxtı Minskdə keçirilən "Bizim gələcəyimiz" ("Naşe buduşşee") adlı turnirdə təşkilatçılardan birinin dediyi sözü çatdırıram: "O düzdür ki, "Qarabağ"ın məşqçisinin oğlu bu komanda ilə buradadır?" Bu həmin vaxt idi ki, "Qarabağ" UEFA Avropa Liqasındakı çıxışı ilə nəinki Belarusda, bütün qitədə özündən danışılmağa hamını vadar etmişdi. Bu səbəbdən təşkilatçı Dmitri Tışkovskinin marağını başa düşmək olardı.

    Söhbət Qurban Qurbanovun illərdir ki, köməkçiliyini edən Elçin Rəhmanovun oğlundan – Cəfər Rəhmanovdan gedir. Turnirdən öncə müsahibə vermək istəmirdi: "Mən nə danışım e, müəllim?" "Qarabağ"ın U-14 komandası ilə çempion olduqdan sonra isə özü yaxınlaşıb "Müəllim, mən də müsahibə verə bilərəm? Artıq çempionuq, müsahibəyə hazıram" dedi. 

    Beləliklə, Prosport.Az bu dəfə "Qarabağ"ın U-14 komandasının qapıçısı Cəfər Rəhmanovun müsahibəsini təqdim edir:

    – "Qarabağ"ın U-13 və U-15 komandaları Minskdəki turnirdə iştirak etsə də, çempion ola bilməmişdi. Sizdə qızıl medalları qazanacağınıza inam vardı?
    – Bura gəlməmişdən qabaq "Qarabağ"ın 2 komandasının Minskdə keçirdiyi oyunlara baxmışdıq. Bizə deyilmişdi ki, ən güclü turnir 2010-cu il təvəllüdlülər arasında olacaq. Yaxşı motivasiya ilə Belarusa gəlmişdik. Düzdür, ilk beynəlxalq turnirimiz olduğundan, çempion olacağımızı gözləmirdik. Həyəcanlı idik. Ancaq qrupdan çıxdıqdan sonra inamımız artmışdı. Sonda qalib komanda olduq.

    – Burada oyunlar cəmi 40 dəqiqədən ibarət olurdu. Bu hansısa çətinliyə səbəb olurdu?
    – Bəli, Azərbaycan çempionatında 80 dəqiqə oyun keçiririk. Əslində burada 40 dəqiqə oynamaq daha çətin idi. Çünki elə olurdu ki, 1 gündə 2 oyun keçirməli olurduq. Oyunlar arası məsafə olduğundan, əzələlər tonusdan düşürdü. Həm də bu meydança daha standart səviyyədədir. Bakıda daha kiçik ölçüdə meydançada oyunlar keçiririk.

    – Qrup mərhələsində oynasanız da, sonradan komandanın ən gənc oyunçusu Oqtay Mehrəliyev qapıda dayandı. Bu nə ilə bağlı idi?
    – Ola bilər ki, o məndən daha üstün oldu. Biz çempionatda da belə rotasiya edirik. Oqtayın dayanması baş məşqçinin seçimidir. Bununla belə, həvəsdən düşməmək lazımdır. Hamıya bunu tövsiyə edə bilərəm.

    – Minskdəki turnirdə cəmi 1 qol buraxdınız. O da BATE ilə qrup matçında sizin qapıya vuruldu. Həmin epizodda müdafiəçilərlə aranızda anlaşmazlıq oldu və önə çıxmadınız. Ola bilərmi ki, həmin epizoda görə daha sonra ehtiyatda qaldınız?
    – Buna inanmıram. Bir səhvə görə dərhal ehtiyatda oturulmağım inandırıcı deyil.

    – Orada sizdə, yoxsa müdafiəçilərdə səhv vardı?
    – Müdafiəçilərlə kommunikasiya yaratmalıydım. Bütün komanda olaraq orada səhvimiz vardı.

    – Atanız mərkəz yarımmüdafiəçisi olsa da, sizi qapı mövqeyində görürük. Necə oldu ki, qapıçı mövqeyində çıxış etməyə başladınız?
    – Futbola yeni başlayanda hücumçu olmuşam. Həm də artıq çəkim vardı. "Qarabağ"ın aşağı yaş qrupları üzrə məşqçisi işləyən, həm də bizim ailəvi dostumuz olan Muarem Zekir bir gün atama dedi ki, məndə qapıçı kimi potensial görür (Qeyd: "Qarabağ" Akademiyasının koordinatoru Aftandil Hacıyevin oğlu Bilal Hacıyevin də qapıçı mövqeyində oynamasında bu Şimali Makedoniya türkünün rolu olub – red.). Mən özüm də dərhal buna razılaşdım.

    – Atanız gəlib oyunlarınızı izləməyə vaxt tapır?
    – Əslində belə vaxtı olmur. Ancaq "Yutub" üzərindən oyunlarımız göstəriləndə izləyir.

    Səbuhi Musa

    Akademiya

    "Sabah"ın gəncləri ilk xal axtarışında

    20.10.2026 11:16:27
    Futbol

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39
    Akademiya

    "Gözləntilərimizi doğrultmayan məşqçilərlə yollarımızı ayıracağıq" - "Qarabağ"ın baş direktoru

    19.10.2026 14:35:29
    Futbol

    U-20 dünya çempionatının brendi Bakıda nümayiş olundu - FOTOLAR

    17.10.2026 12:41:50
    Akademiya

    AFFA nümayəndələri "Qarabağ"ın akademiyasında - FOTOLAR

    16.10.2026 16:32:59
    Akademiya

    Azərbaycan və Özbəkistanın keçirəcəyi dünya çempionatının brendi təqdim olundu

    16.10.2026 16:10:49
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Neftçi"nin sabiq prezidenti Macarıstana gedir

    20.10.2026 12:52:52

    Rəşad Nəbiyev dünya çempionatında iştirak edən cüdoçularla görüşdü

    20.10.2026 12:16:58

    "Sabah"ın gəncləri ilk xal axtarışında

    20.10.2026 11:16:27

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved