Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Fransadakı turnir bizim üçün çox önəmli beynəlxalq təcrübə oldu" - "Qarabağ"ın baş məşqçisi
    25.05.2026 17:51:26

    "Komandamız Fransada təşkil olunan beynəlxalq turnirdə Avropanın güclü akademiyalarına qarşı uğurlu çıxış etdi. Qrup mərhələsini məğlubiyyətsiz tamamlayaraq növbəti mərhələyə yüksəldik".

    Bu sözləri Prosport.Az-a açıqlamasında "Qarabağ"ın U-17 komandasının baş məşqçisi Vüqar Əsgərli deyib.

    Mütəxəssis komandasının Fransanın Bretinyol-sür-Mer regionunda keçirilən beynəlxalq turnirdəki çıxışını dəyərləndirib: "Komandamız qrupu 9 xalla 2-ci pillədə başa vurdu və pley-off mərhələsinə vəsiqə qazandı. Pley-off mərhələsində isə Fransanın tanınmış akademiyalarından olan "Nis" üzərində 2:1 hesablı qələbə qazanaraq həm xarakterimizi, həm də oyun keyfiyyətimizi nümayiş etdirdik. Növbəti mərhələdə "Ava" (Le Havre) ilə keçirilən oyunda 2:0 hesabı ilə məğlub olsaq da, bu turnir komandamız və futbolçularımız üçün çox önəmli beynəlxalq təcrübə oldu".

    Əsgərlinin sözlərinə görə, yüksək tempdə keçirilən oyunlar, fərqli futbol məktəblərinə qarşı mübarizə və rəqabətli mühit futbolçuların inkişafı üçün vacib addımlardır: "Turnir boyunca komandamız oyun intizamı, kollektiv ruh, pressinq keyfiyyəti, topa sahibolma prinsipləri və xarakter nümayiş etdirdi. Bu cür beynəlxalq turnirlər futbolçularımızın gələcək inkişafında mühüm rol oynayır və onların daha yüksək səviyyəyə hazırlaşmasına böyük töhfə verir".

    Baş məşqçi komandaya bu imkanı yaratdığı və daim dəstək göstərdiyi üçün klub rəhbərliyinə təşəkkür edib: "Futbolçularımıza inanırıq. Bu yol davam edir. Daha böyük hədəflər üçün çalışmağa davam edəcəyik".

    Qeyd edək ki, "Qarabağ" beynəlxalq turnirdə 6-cı olub.

    Futbol

    U-20 yığmamız 2-ci oyunda İraqı üstələdi

    20.11.2026 18:02:08
    Futbol

    Millimizin gücü Farer adalarına çatdı

    17.11.2026 21:47:10
    Futbol

    U-20 millimiz İraqın qapısına qol vura bilmədi

    17.11.2026 21:17:55
    Akademiya

    Azərbaycan - İraq: HEYƏTLƏR

    17.11.2026 18:13:52
    Futbol

    Millimiz seçmə mərhələni 1 xalla başa vurdu

    17.11.2026 15:52:25
    Akademiya

    Bu futbol millimiz də 0:4 darmadağın oldu

    14.11.2026 22:01:35
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17

    Premyer Liqa: Turun bağlanış oyununda qol olmadı - VİDEO

    22.11.2026 18:56:04

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 18:13:33

    "Ağadadaş Salyanski "Neftçi"yə qarşı oynaya bilməz" – Yuri Maksimov

    22.11.2026 17:49:41

    "Bu, sanki bal çəlləyinə acı dad qatmaq kimi oldu" – Yuri Vernidub

    22.11.2026 17:30:32

    "Kəpəz" rəhbərliyi veteran futbolçuyla görüşüb

    22.11.2026 17:07:40

    "Neftçi" 3 xalı 3 qolla qazandı – VİDEO

    22.11.2026 16:42:42

    "Kəpəz" - "Qarabağ" - HEYƏTLƏR

    22.11.2026 16:34:09

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved