17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin I raundunda sonuncu oyununu keçirib.
Prosport.Az xəbər verir ki Emin Mustafayevin baş məşqçi olduğu komanda Litvanın müvafiq yaş qrupundan olan yığması ilə üz-üzə gəlib.
Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. 65-ci dəqiqədə Rəsul Balakişiyev bərabərlik qoluna imza atıb. Beləliklə, millimiz seçmə mərhələni 1 xalla başa vurub.
Xatırladaq ki, U-17 daha əvvəl Şimali İrlandiya (0:4) və Almaniyaya (0:7) məğlub olub.
