Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Qran-pri turnirinə yekun vurulacaq.
Prosport.Az xəbər verir ki, yarışın son günündə Azərbaycanın 5 təmsilçisi tatamiyə çıxacaq.
90 kq çəki dərəcəsində Vüqar Talıbov macarıstanlı Peter Şafrani ilə, 100 kq-da isə Əjdər Bağırov Niderland təmsilçisi Mixael Korel ilə qarşılaşacaq.
+100 kq-da mübarizə aparan Kənan Nəsibov və Uşanqi Kokauri ilk mərhələdən azaddır. Hər iki cüdoçumuz yarışa II raunddan başlayacaq.
Qadınların mübarizəsində +78 kq-da çıxış edən Mədinə Kaysinova ilk görüşündə polşalı Kinqa Volçak ilə üz-üzə gələcək.
Xatırladaq ki, hazırda Azərbaycan millisinin aktivində 1 medal var. Komandamıza yeganə bürünc medalı 52 kq çəki dərəcəsində çıxış edən Gültac Məmmədəliyeva qazandırıb.
