Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Rəqəmlərlə bağlı xüsusi hədəfim yoxdur, amma 1-cilik yaxşı olardı" - Fərhad Rəcəbli
    24.10.2026 11:15:05

    Portuqaliyanın Portiman şəhərində veteranlar arasında cüdo üzrə Avropa çempionatında qızıl medal qazanan Fərhad Rəcəbli (90 kq) Prosport.Az-a müsahibə verib.

    - 12-ci dəfə Avropa çempionu oldunuz. Yarışdan əvvəl də müsahibə verərkən sizdə bir rahatlıq hiss olunurdu. Fikirləriniz maraqlıdır. Bu rahatlıq nədən irəli gəlirdi?
    - Yarışdan əvvəl əsas məqsədim dünya və Avropa çempionatlarındakı çempionluqlarımın sayını bərabərləşdirmək, yəni hər iki yarışda 12 dəfə qalib olmaq idi. Şükürlər olsun Allaha, bu hədəfə çata bildim. Rahatlıq dedikdə, bu, illər ərzində çəkdiyim zəhmətin bəhrəsini görməyimlə bağlıdır. Zəhmət çəkməyə davam edirik. İnşallah, Allahın izni ilə qarşıda yenə qələbələrimiz olacaq.

    - Sizin üçün hansı görüş daha çətin keçdi?
    - Əlbəttə ki, final görüşü daha çətin oldu. Finalda ingiltərəli cüdoçu ilə qarşılaşdım. Onunla ilk dəfə görüşürdüm. O da vaxtilə idmançı olub, hətta 1988-ci ildə Olimpiya Oyunlarında iştirak edib. Bir neçə ildir yenidən idmana qayıdıb, məşq edir. Fiziki cəhətdən çox güclü idi, tutuşları da möhkəm idi. Final görüşü olduğuna görə mübarizə bir qədər ağır keçdi. Amma gördüm ki, güclü olmasına baxmayaraq, o da məndən çəkinir. Arada 1-2 hücum etdim və ona "şido" verdilər. Sonra hücumlarımı davam etdirdim, amma xal qazana bilmədim. 2-ci "şido" da verildi. “Golden Score”a keçdik və orada rəqibə daha bir "şido" verdilər. Beləliklə, fənd etmədən, cərimələr hesabına qalib gəldim. Ağır görüş idi, yaxşı rəqib idi. Onun bu qədər güclü olacağını bilmirdim. Bəlkə də buna görə ona fənd edə bilmədim.

    - Avropa Cüdo Birliyinin məlumatında niderlandlı Hendrik Koppenin də veteranlar arasında 12 Avropa çempionluğu olduğu bildirilir. Siz onunla birlikdə rekordçular sırasındasınız. Xüsusi bir hədəfiniz varmı?
    - Bəli, Hendriklə liderlər sırasındayıq. Avropa çempionatlarındakı nəticələrimiz, demək olar ki, eynidir – 12-yə 12. Dünya çempionatlarında isə onun 14, mənim 12 çempionluğum var. Bilirsiniz, bu, simvolik bir şeydir. Bu rəqəmlərlə bağlı xüsusi hədəfim yoxdur. Amma yenə də güləşirəm. Əlbəttə, 1-ci olmaq yaxşı olardı. Hər şey qismətdir.

    - Komandanın ümumi çıxışı barədə nə deyə bilərsiniz?
    - Yarış hələ davam edir. Şəxsi yarışların ikinci günü də artıq başa çatıb. Daha 2 gümüş medal qazanmışıq. 60 kq-da M15 kateqoriyasında Babək Hacıyev, M4 qrupunda isə Elşən Kərimov 2-ci yeri tutdu. 4 cüdoçumuz isə 7-ci oldu.

    Bu gün M1 və M2 qruplarında yarışlar keçiriləcək. Daha 4 idmançımız mübarizə aparacaq. İnşallah, onların da müəyyən nəticələri olar. Oktyabrın 25-də isə ne-vaza yarışları keçiriləcək. Bu, sırf parter güləşidir. Həmin yarışda Azərbaycanı Ramil Muradov təmsil edəcək. İnşallah, ondan da nəticə gözləyirik. Hələlik bu qədər.

    Cavid

    Cüdo

    "Rəqəmlərlə bağlı xüsusi hədəfim yoxdur, amma 1-cilik yaxşı olardı" - Fərhad Rəcəbli

    24.10.2026 11:15:05
    Cüdo

    "Əsas hədəfim dünya çempionatında medal qazanaraq tarixə düşməkdir" - Rəşad Yelkiyev

    22.10.2026 21:16:51
    Top oyunları

    "Azərbaycan qadın basketbolunun gələcəyini təməldən qururuq" - İoannis Diamantakos

    21.10.2026 17:20:28
    Futbol

    "Niyə legionerlərin səhvlərindən danışan yoxdur?" - Yusif İmanov

    20.10.2026 19:18:27
    Futbol

    "Sabah"a vura bilməyimiz qolları "Fənərbağça"ya saxladıq" - Lukaş Provod

    14.10.2026 15:13:56
    Futbol

    "Məqsədimiz hər oyunda 3 xal qazanmaqdır" - Hayderson Hurtado

    12.10.2026 19:17:07
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Coy-Lens Mikels Bundesliqa klubuna keçə bilər

    24.10.2026 12:16:42

    Avropa Kuboku: Mingəçevir təmsilçisi cavab oyununa çıxır

    24.10.2026 11:40:10

    "Rəqəmlərlə bağlı xüsusi hədəfim yoxdur, amma 1-cilik yaxşı olardı" - Fərhad Rəcəbli

    24.10.2026 11:15:05

    Veteran cüdoçularımız Portuqaliyada daha 2 medal qazandılar - FOTOLAR

    24.10.2026 10:48:26

    Azərbaycan Premyer Liqasında daha 2 oyun

    24.10.2026 10:23:12

    Bakıda dünya çempionatı başlayır

    24.10.2026 10:00:52

    Azərbaycanın 4 güləşçisi dünya çempionatında mübarizəyə start verir

    24.10.2026 09:00:06

    Şəhriyar Məmmədyarovun komandası Avropa Kubokunun qalibi oldu

    23.10.2026 23:43:05

    Azərbaycan çempionatlarında 15000-ci qol - VİDEO

    23.10.2026 23:17:50

    "Bizim tərəfimizdən zəif oyun və yanlış yanaşma oldu" - "Sabah"ın baş məşqçisi

    23.10.2026 22:40:21

    "Sabah" Naxçıvan təmsilçisinə uduzdu

    23.10.2026 22:02:40

    "Fasilədə özümə söz verdim ki, sakit olacağam" – Rəşad Sadıqov

    23.10.2026 21:58:39

    "0:2-dən sonra komandanın xarakterini bəyəndim" – Filipe Kandidu

    23.10.2026 21:31:00

    Premyer Liqa: "Zirə" "Sumqayıt"ı məğlub etdi - VİDEO

    23.10.2026 21:00:30

    FIFA Azərbaycan futboluna 17,9 milyon dollar vəsait ayırıb

    23.10.2026 20:41:51
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved