Kişilərdən ibarət "Kür" həndbol komandası EHF Avropa Kubokunda növbəti oyununa bu gün çıxacaq.
Prosport.Az xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin II təsnifat mərhələsinin cavab görüşündə Bosniya və Herseqovinanın "Sloqa" kollektivi ilə üz-üzə gələcək.
Qarşılaşma "Kür" Olimpiya Tədris-İdman Mərkəzində, saat 17:00-da start götürəcək.
Ötən gün Mingəçevir klubu ilk qarşılaşmada rəqibinə uduzub - 26:38.
