Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Fasilədə özümə söz verdim ki, sakit olacağam" – Rəşad Sadıqov
    23.10.2026 21:58:39

    "Zirə" Azərbaycan Premyer Liqasının IX turunda doğma meydanda "Sumqayıt"ı 3:2 hesabı ilə məğlub edib.

    Prosport.Az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    - Gözləyirdik ki, şən və baxımlı oyun alınacaq. İlk saniyələrdən komandalar bir-birinə təzyiq göstərirdi. O dəqiqələrdə bizdə daha yaxşı alınırdı. 30-35-ci dəqiqədən sonra komandada eniş oldu. Çox güc sərf etmişdik, rəqibə presinq etmişdik. O dəqiqələrdə enerjimiz aşağı düşdü, amma rəqibə epizod vermirdik. İkinci hissəyə passiv başlayırıq. Neçə oyundur ki, ikinci hissənin əvvəlində qol buraxırıq. Bu haqda danışırıq, amma bunu çözə bilmirik. Komanda 2:2-dən sonra irəli atıldı. Vacib qələbə qazandıq. Rəhbərliyimizi, futbolçularımızı təbrik edirəm.

    - Ötən tur ağır Gəncə səfərindən son dəqiqələrdə 1 xal çıxardınız, bu gün isə 2:0-dan sonra oyun çətinləşdi. Bu mövsüm digərlərindən daha çətindir?

    - Hansısa oyunun rahat olduğunu deyə bilmirəm. "Araz-Naxçıvan"ın oyununa baxdım, gözəl oynadılar. Son turlarda baxımlı futbol oynayırlar, amma qələbə qazana bilmirlər. Keçən il də belə idi, bu il də belədir. İldən-ilə hamı inkişaf edir, təcrübə toplayır. Rəqabət çətinləşir. "Sumqayıt" son 2 matçda möhtəşəm futbol oynadı. Bu məşqçinin gəlişindən sonra komanda olduqca baxımlı, mobil futbol oynayır. Bu gün uduzsaydıq, təəccüblənməyəcəkdik. Bizdə də, onlarda da ciddi itkilər var idi.

    - Oyunda daha çox əsəbi görünürdünüz. Bu, son matçlardakı qələbəsizlikdən irəli gəlirdi, yoxsa hakimin qərarlarına görə belə olmuşdu?

    - 1-ci hissədə gərgin idim. Oyunun əvvəlində bəzi epizodlar oldu. Amma ikinci hissədə hakimlərlə bağlı reaksiya vermədim. Fasilədə özümə söz verdim ki, sakit olacağam. Başa düşürdüm ki, 2-ci hissə daha emosional keçəcək. İlk hissədə bəzi epizodlar oldu ki, bizi özümüzdən çıxardı. Kim haqlıdır, videogörüntülərdən sonra bilmək olacaq. Tək bizim oyunda deyil, başqa oyunlarda da baş verən hadisələr var. Gərgin oyun idi.

    - Qışda yeni transferlər üçün büdcə ayrılıb?

    - Seleksiyanı tamamlamamışıq. Komandaya sağ vinger gətirə bilmirik. Fərqli oyunçuları orada oynadırıq. Rəqabət apardığımız komandalara baxırıq, hücum xəttində hansı səviyyədə oyunçular oynayır, heyətləri genişdir. Rəqabətə tam gətirmək istəyiriksə, hücum xəttini gücləndirməliyik. İstəyərdim ki, mütləq şəkildə hücum xəttini gücləndirək.

    Futbol

    Azərbaycan çempionatlarında 15000-ci qol - VİDEO

    23.10.2026 23:17:50
    Futbol

    "Fasilədə özümə söz verdim ki, sakit olacağam" – Rəşad Sadıqov

    23.10.2026 21:58:39
    Futbol

    "0:2-dən sonra komandanın xarakterini bəyəndim" – Filipe Kandidu

    23.10.2026 21:31:00
    Futbol

    Premyer Liqa: "Zirə" "Sumqayıt"ı məğlub etdi - VİDEO

    23.10.2026 21:00:30
    Futbol

    FIFA Azərbaycan futboluna 17,9 milyon dollar vəsait ayırıb

    23.10.2026 20:41:51
    Futbol

    "Zirə" - "Sumqayıt": HEYƏTLƏR

    23.10.2026 18:21:40
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycan çempionatlarında 15000-ci qol - VİDEO

    23.10.2026 23:17:50

    "Bizim tərəfimizdən zəif oyun və yanlış yanaşma oldu" - "Sabah"ın baş məşqçisi

    23.10.2026 22:40:21

    "Sabah" Naxçıvan təmsilçisinə uduzdu

    23.10.2026 22:02:40

    "Fasilədə özümə söz verdim ki, sakit olacağam" – Rəşad Sadıqov

    23.10.2026 21:58:39

    "0:2-dən sonra komandanın xarakterini bəyəndim" – Filipe Kandidu

    23.10.2026 21:31:00

    Premyer Liqa: "Zirə" "Sumqayıt"ı məğlub etdi - VİDEO

    23.10.2026 21:00:30

    FIFA Azərbaycan futboluna 17,9 milyon dollar vəsait ayırıb

    23.10.2026 20:41:51

    Avropa çempionatı: 3 boksçumuz finalda

    23.10.2026 20:14:32

    Qarüstü polo üzrə Dünya Kuboku keçiriləcək - Ölkəmizdə ilk dəfə

    23.10.2026 19:34:10

    "Sabah" "Qalatasaray"ın sabiq oyunçusunun transferini təsdiqlədi - FOTO

    23.10.2026 19:07:41

    Azərbaycan təmsilçisi avrokuboklara məğlubiyyətlə başladı - YENİLƏNDİ

    23.10.2026 18:43:30

    "Zirə" - "Sumqayıt": HEYƏTLƏR

    23.10.2026 18:21:40

    "Özümüz rəqiblər üçün hədiyyələr hazırlayırıq" - Yuri Maksimov

    23.10.2026 18:00:56

    "Qurban Qurbanovdan öyrənməli olduğumuz çox şey var" - Yeton Bekiri

    23.10.2026 17:45:02

    Nenad Laloviç 3-cü dəfə UWW prezidenti seçildi, AGF təbrik etdi - FOTOLAR

    23.10.2026 17:37:26
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved