Kişilərdən ibarət "Kür" həndbol komandası EHF Avropa Kubokunda bu gün mübarizəyə başlayır.
Prosport.Az xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin II təsnifat mərhələsində Bosniya və Herseqovinanın "MRK Sloga Doboj" kollektivi ilə üz-üzə gələcək.
Qarşılaşma "Kür" Olimpiya Tədris-İdman Mərkəzində, saat 17:00-da start götürəcək.
Tərəflər arasında cavab oyunu oktyabrın 24-də eyni məkanda baş tutacaq.
