“Sabah” komandası heyətini azərbaycanlı məhşur basketbolçu Orxan Aydın Hacıyevlə gücləndirib.
Prosport.Az xəbər verir ki, bu barədə basketbolçunun əvvəlki klubu “Mersinspor” məlumat yayıb.
Komandanın kapitanı olan basketbolçu karyerasını Azərbaycan təmsilçisində davam etdirəcək. Klub rəhbərliyi onun göstərdiyi mübarizəyə, liderlik keyfiyyətlərinə və komandaya verdiyi töhfəyə görə təşəkkür edib, karyerasının növbəti mərhələsində uğurlar arzulayıb.
Qeyd edək ki, bu məlumatı basketbolçunun agenti də təsdiqləyib.
“Bayquşlar” transferi rəsmən elan etməyib.
