Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    "Gərgin anlarda bəzən fit onların xeyrinə səsləndi" - Ərhan Tokər
    21.10.2026 23:41:07

    "Matçdan əvvəl üzərində işlədiyimiz bir çox məqamı oyunçularımız parketdə göstərməyə çalışdılar. Rəqibin zəif tərəflərindən də faydalanaraq, onları istəmədikləri oyunu oynamağa məcbur etdik. Nəticədə, oyunun böyük bir hissəsində ya öndə olduq, ya da rəqiblə bərabər səviyyədə mübarizə apardıq".

    Prosport.Az xəbər verir ki, bu sözləri "LANDAU Layns" klubunun baş məşqçisi Ərhan Tokər FIBA Avropa Kubokunda Danimarkada "Bakken Bears"la oyundan sonra deyib:

    Türkiyəli mütəxəssis 88:91 hesablı məğlubiyyəti şərh edib: "Bu müddətdə oyunçularımızın tapşırıqları dəqiqliklə yerinə yetirməyə çalışmaları məni sevindirdi. Parketdə həqiqətən də ciddi güc sərf olundu. Top daha çox paylaşıldı, müdafiədə isə oyunçularımız daha yaxşı kollektiv oyun nümayiş etdirdilər.

    Əslində, hər şeyə yenidən başlayırıq. Slovakiyadakı oyundan sonra orada qalaraq, daha sonra Danimarkada təlim-məşq toplanışını davam etdirməyimiz bizə çox yaxşı təsir etdi. Bu, sanki təlim-məşq toplanışını əvəz etdi. Buna görə də klub rəhbərliyinə təşəkkür edirəm".

    Onun sözlərinə görə, “Bakken Bears”la matçda qələbə qazanmağı çox istəyirdilər: "Oyun əlavə vaxta gedəndə sərəncamımızda çox oyunçu qalmamışdı. Freyzer və Kervin Volton cəzalı olduqları üçün komandaya kömək edə bilmirdilər. Gediminas Orelik isə daha əvvəl zədələnmişdi. Mənə elə gəlir ki, Orelik zədələnməsəydi və əlavə vaxtda təcrübəli oyunçu kimi bizə kömək edə bilsəydi, nəticə fərqli olardı.

    Düzdür, İsmayıl Məmmədov da bizə böyük kömək etdi. Arnas Sakenis son həftə ərzində tam olaraq məşqlərdə iştirak edə bilmişdi. Bu gün isə ondan demək olar ki, bütün oyun boyu istifadə etdik. O, həm çox yaxşı oynadı, həm də müəyyən mənada məcburiyyətdən bu qədər uzun müddət parketdə qaldı".

    Ərhan Tokər hakimlərin idarəçiliyindən narazı qalıb: "Hakimlər hər zaman ev sahibi komandaya az da olsa üstünlük verirlər. Bu dəfə də gərgin anlarda bəzən fit onların xeyrinə səsləndi.

    Yekunda deyə bilərəm ki, oyunçuların performansından razı, nəticədən isə narazıyam. Bu cür oynamağa davam edərək, səviyyəmizi bir qədər də yüksəltmək və qələbələri sıralamaq istəyirik.

    Çətin qrupda mübarizə aparırıq. Burada çox güclü və bir-birinə bərabər səviyyəli komandalar arasında gərgin oyunlar keçirilir. Bakıya qayıtdıqdan sonra bizi əvvəlcə liqa oyunu, daha sonra isə yenidən FIBA Avropa Kubokunda matç gözləyir. Yolumuza davam edirik".

    Basketbol

    ABL: V turun təqvimi açıqlandı

    22.10.2026 22:45:26
    Top oyunları

    Yeni adla keçirilən Azərbaycan çempionatı 2 oyunla start götürür

    22.10.2026 21:48:32
    Top oyunları

    “Sabah” Türkiyə klubundan ayrılan oyunçunu transfer etdi

    22.10.2026 19:13:51
    Top oyunları

    Azərbaycanlı hakim Avropa çempionatının seçmə oyunlarında

    22.10.2026 10:26:01
    Top oyunları

    "Gərgin anlarda bəzən fit onların xeyrinə səsləndi" - Ərhan Tokər

    21.10.2026 23:41:07
    Basketbol

    Avropa Kuboku: Azərbaycan klubu 3-cü oyunda da uduzdu

    21.10.2026 23:36:35
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    “Sabah Arena”da “Masazır tribunası”

    22.10.2026 23:33:57

    Fərid Qayıbov yeni idman zalının açılışında iştirak etdi

    22.10.2026 23:09:43

    ABL: V turun təqvimi açıqlandı

    22.10.2026 22:45:26

    FIFA U-15 dünya çempionatını 81 hakim idarə edəcək

    22.10.2026 22:15:02

    Yeni adla keçirilən Azərbaycan çempionatı 2 oyunla start götürür

    22.10.2026 21:48:32

    "Əsas hədəfim dünya çempionatında medal qazanaraq tarixə düşməkdir" - Rəşad Yelkiyev

    22.10.2026 21:16:51

    FIFA referimiz Avropa çempionatının seçmə mərhələ oyunlarına təyinat aldı

    22.10.2026 20:49:31

    Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu oldu

    22.10.2026 20:15:18

    Azərbaycanın da ev sahibliyi edəcəyi U-20 dünya çempionatının tarixi bilindi

    22.10.2026 19:43:13

    “Sabah” Türkiyə klubundan ayrılan oyunçunu transfer etdi

    22.10.2026 19:13:51

    Asim Xudiyev Arsen Vengerlə görüşüb

    22.10.2026 18:48:21

    Dambrauskas onlarla görüşdü, imzalar atdı

    22.10.2026 18:15:40

    I Liqa: "Gəncəbasar"dan 7 qollu darmadağın, "Karvan-Yevlax" uduzdu

    22.10.2026 17:45:46

    "Dünya çempionatında bu amildən səmərəli istifadə etməyə çalışacağıq" - Famil Xəlilov

    22.10.2026 17:13:46

    Millimizin dünya çempionatından öncə açıq məşqi olub

    22.10.2026 16:47:25
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved