Azərbaycanın "LANDAU Layns" basketbol komandası FIBA Avropa Kubokunda növbəti oyununa çıxıb.
Prosport.Az xəbər verir ki, Danimarkada yerli "Bakken Birs"lə qarşılaşan Ərhan Tokərin baş məşqçisi olduğu kollektiv rəqibinə uduzub - 88:91.
Xatırladaq ki, "LANDAU Layns" daha əvvəl G qrupunda İsveçrənin "Cenevrə Layns" komandasına (83:105) və Slovakiyanın "Prievidza" klubuna məğlub olub- 84:108.
