"İlk növbədə, "Naxçıvan"ı təbrik edirəm".
Prosport.Az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Lazar Spasiç Azərbaycan Basketbol Liqasının IV turunda "Naxçıvan"a 83:88 hesabı ilə uduzduqları oyundan sonra deyib.
Serbiyalı mütəxəssis məğlubiyyəti şərh edib: "Bizim tərəfimizdən zəif oyun və yanlış yanaşma oldu. Əlbəttə ki, bütün məsuliyyət mənim üzərimdədir. Komandamın parketdə hansı oyun sərgiləməsinə mən cavabdehəm və mövsümün ən vacib qarşılaşmalarından biri olan "Nanterre" ilə görüş öncəsi komandamı oyuna tam kökəlmək üçün əlimdən gələni edəcəyəm".
