Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qurban Qurbanovdan öyrənməli olduğumuz çox şey var" - Yeton Bekiri
    23.10.2026 17:45:02

    "Bu gün həm biz, həm də rəqib üçün çox çətin oyun oldu. Hər iki komanda üçün qələbə çox vacib idi. Bu gün qələbə qazandıq, amma bununla kifayətlənməməliyik. Qarşıdakı oyunlarda da qalib gəlməliyik. İnanıram ki, zaman keçdikcə daha yaxşı olacağıq".

    Prosport.Az xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Yeton Bekiri səfərdə “Araz-Naxçıvan”a 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının IX tur matçından sonra mətbuat konfransında deyib.

    Şimali makedoniyalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.

    – Əvvəlki oyunlarla müqayisədə bu gün daha müdafiəyönümlü oynadınız. Bu, rəqiblə bağlı idi, yoxsa gələcəkdə də bu cür oynamağı planlaşdırırsınız?

    – Bu, konkret olaraq həmin məsələ ilə bağlı deyil. Hər oyunun öz vəziyyəti var və qərarları da həmin vəziyyətə uyğun verməlisən. Bu gün erkən qol vurduq. “Araz-Naxçıvan”ın keyfiyyətli futbolçuları var və onlar bizi öz meydanımıza sıxışdırmağa başladılar. Təzyiq altında oynayarkən düzgün qərarlar vermək və mübarizə aparmaq çox vacibdir. Komandanın bəzi məqamlardakı oyunundan razı qalmadım. Yaxşı oynadığımız anlar da oldu, çətinlik çəkdiyimiz məqamlar da. Üzərində işləməli və düzəltməli olduğumuz məsələlər var. Burada cəmi bir aydır işləyirik. Futbolçuların istədiklərimizi tam anlaması və oyunlarının inkişaf etməsi üçün bir qədər də vaxta ehtiyacımız var.

    – Bu komandanı siz formalaşdırmamısınız və artıq bir aya yaxındır onunla işləyirsiniz. Futbolçuların potensialını necə qiymətləndirirsiniz? Onlarla qarşıya qoyduğunuz məqsədlərə çatmaq mümkündürmü?

    – Komandanı mən seçməmişəm, amma bu, o demək deyil ki, mütləq özüm futbolçu seçməli idim. Bura gələndə komandada oyunçular var idi və onların keyfiyyətinə inanıram. Mənim məqsədim bu futbolçuların potensialından maksimum yararlanmaqdır. Mən bura baş məşqçi təyin olunmuşam ki, öz işimi görüm. Oyun üslubumuzu dəyişmişik, fərqli futbol oynamağa başlamışıq. Futbolçuların yeni sistemə uyğunlaşması və onlardan nə istədiyimizi tam anlaması üçün vaxt lazımdır. Futbol bir prosesdir və bu prosesə inanmalıyıq. Yaxşı nəticələr verən komanda yaratmaq asan deyil.

    – Bəs, hazırkı futbolçuların potensialı oyun fəlsəfənizi həyata keçirmək üçün kifayətdirmi, yoxsa heyətə yeni oyunçuların cəlb olunmasına ehtiyac var?

    – Hazırda yaxşı komandamız olduğunu düşünürəm. Sadəcə, bəzi futbolçular komandaya bir qədər gec qoşulublar və hələ tam formada deyillər. Onlar optimal fiziki vəziyyətlərinə qayıtdıqdan sonra daha yaxşı olacağıq. Təxminən 9 gün ərzində məşq prosesini tamamlamaq və istədiyimiz səviyyəyə çatmaq üçün çalışmalıyıq. İşləmək üçün çox yaxşı şəraitimiz var. Yaxşı infrastruktura, klub rəhbərliyinə və ətrafımızda peşəkar insanlara sahibik. Bu da məndə daha yaxşı işləmək məsuliyyətini artırır. Hər gün daha çox çalışacağam ki, komandamız gündən-günə inkişaf etsin.

    – Şimali Makedoniya “Şkendiya”sının baş məşqçisi olarkən də “Qarabağ”la qarşılaşmısınız. Növbəti turda yenidən bu rəqiblə üz-üzə gələcəksiniz. Bu oyunla bağlı xüsusi hissləriniz və ya hazırlıq planınız varmı?

    – Açığı, Azərbaycanı çox sevirəm və burada vaxt keçirməkdən zövq alıram. Azərbaycan Premyer Liqasına böyük hörmətim var. Bu, çox güclü liqadır. “Qarabağ” böyük klubdur və bizimlə müqayisədə daha yaxşı komanda olduğunu göstərib. “Şkendiya” ilə Şimali Makedoniyadakı oyunda yaxşı çıxış etmişdik, amma Azərbaycandakı görüşdə “Qarabağ” oyuna daha çox nəzarət etdi və üstün tərəf oldu. Bu komandaya hörmətlə yanaşıram. “Qarabağ” ölkənin ən güclü kollektivlərindən biridir və onun baş məşqçisi Qurban Qurbanov da uzun illərdir burada çalışır, ən yaxşı mütəxəssislərdən sayılır. Belə klublardan və baş məşqçilərdən öyrənməli olduğumuz çox şey var. Bu liqada, bu ölkədə və bu insanlarla birlikdə olduğum üçün xoşbəxtəm. “Qarabağ”ın hazırda da yaxşı komandası və heyəti var. Amma məncə, ötən il daha fərqli və xüsusi komanda təsiri bağışlayırdı.

    Futbol

    "Zirə" - "Sumqayıt": HEYƏTLƏR

    23.10.2026 18:21:40
    Futbol

    "Özümüz rəqiblər üçün hədiyyələr hazırlayırıq" - Yuri Maksimov

    23.10.2026 18:00:56
    Futbol

    "Qurban Qurbanovdan öyrənməli olduğumuz çox şey var" - Yeton Bekiri

    23.10.2026 17:45:02
    Futbol

    "Qəbələ" autsayderi məğlub edib, 9-cu pilləyə yüksəldi

    23.10.2026 16:56:04
    Futbol

    Azərbaycanda bu klubun rəhbərinə 4 oyunluq cəza verildi

    23.10.2026 15:45:11
    Futbol

    AFFA 2 komandaya texniki məğlubiyyət verdi

    23.10.2026 15:13:25
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sabah" "Qalatasaray"ın sabiq oyunçusunun transferini təsdiqlədi - FOTO

    23.10.2026 19:07:41

    Azərbaycan təmsilçisi avrokuboklara məğlubiyyətlə başladı - YENİLƏNDİ

    23.10.2026 18:43:30

    "Zirə" - "Sumqayıt": HEYƏTLƏR

    23.10.2026 18:21:40

    "Özümüz rəqiblər üçün hədiyyələr hazırlayırıq" - Yuri Maksimov

    23.10.2026 18:00:56

    "Qurban Qurbanovdan öyrənməli olduğumuz çox şey var" - Yeton Bekiri

    23.10.2026 17:45:02

    Nenad Laloviç 3-cü dəfə UWW prezidenti seçildi, AGF təbrik etdi - FOTOLAR

    23.10.2026 17:37:26

    Millimiz seçmə mərhələyə məğlubiyyətlə başladı

    23.10.2026 17:09:15

    "Qəbələ" autsayderi məğlub edib, 9-cu pilləyə yüksəldi

    23.10.2026 16:56:04

    Dünya çempionatı: Güləşçilərimizin ilk rəqibləri bilindi

    23.10.2026 16:15:13

    Azərbaycanda bu klubun rəhbərinə 4 oyunluq cəza verildi

    23.10.2026 15:45:11

    AFFA 2 komandaya texniki məğlubiyyət verdi

    23.10.2026 15:13:25

    Arsen Venger Hövsan Yarış Kompleksində olub

    23.10.2026 14:40:41

    "Araz-Naxçıvan" - "Qəbələ": HEYƏTLƏR

    23.10.2026 14:07:23

    Hövsan Yarış Kompleksi dünya çempionatına tam hazırdır - FOTOLAR

    23.10.2026 13:43:38

    Arsen Venger FIFA-nın saytına Azərbaycandakı mundialın önəmindən danışdı

    23.10.2026 13:11:41
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved