Azərbaycanın 20 yaşadək voleybolçu qızlardan ibarət milli komandası Avropa çempionatının təsnifat mərhələsində keçirdiyi ilk oyunda uduzub.
Prosport.Az xəbər verir ki, U-20 bu gün EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatında Polşa seçməsinə məğlub olub.
Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 3:0.
Xatırladaq ki, Gökhan Edmanın baş məşqçisi olduğu kollektiv oktyabrın 24-də Latviya ilə münasibətlərə aydınlıq gətirəcək.
