Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Özümüz rəqiblər üçün hədiyyələr hazırlayırıq" - Yuri Maksimov
    23.10.2026 18:00:56

    “Araz-Naxçıvan”ın baş məşqçisi Yuri Maksimov “Qəbələ”yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının IX tur matçından sonra mətbuat konfransı keçirib.

    Prosport.Az xəbər verir ki, ukraynalı mütəxəssis əvvəlcə oyunu dəyərləndirib.

    – Özümüz rəqiblər üçün hədiyyələr hazırlayırıq. Əsas problemimiz odur ki, özümüz qol vurmaqda çətinlik çəkirik, amma çox asanlıqla qollar buraxırıq. Futbolçular çalışırlar, maksimum güclərini ortaya qoyurlar. Səhvlər var. Bu, futboldur. Bəzi hallarda ustalıq səviyyəsi çatmır, bəzi hallarda isə diqqətsizlik edirik.

    – Komandanın oyununda hansı dəyişikliklərə ehtiyac var: Mövcud vəziyyətdən çıxış yolunu nədə görürsünüz?

    – Bu barədə danışmaq istəmirəm. Hazırkı vəziyyətdə nəyisə dəyişmək çətindir. Problemləri həm 1-ci, həm də 2-ci hissədə görürük. Bəzən qol vururuq, sonra oyunçu dəyişiklikləri edirik, amma sanki gücümüz çatmır ki, nəticəni qoruyaq və ya qələbə qazanaq.

    – Bəzi mövqelərdə problemlər olduğu görünür. Zədə və cəzalar səbəbindən futbolçuları öz mövqelərindən fərqli yerlərdə oynatmağa məcbur olursunuz. Bu, oyuna nə dərəcədə təsir edir?

    – Bəli, bəzi futbolçularımız zədə və ya qırmızı vərəqə səbəbindən oyunları buraxırlar. Buna görə də müəyyən mövqelərdə başqa futbolçulara şans verməli oluruq. Bu da komandada çətinliklər yaradır.

    – Heyətə yeni futbolçular cəlb etmək və ya qış transfer pəncərəsində dəyişikliklər etmək planınız varmı?

    – Hazırda yeni transferlər barədə düşünmürük. Mövsüm ərzində zədələrlə bağlı problemlərin olması mümkündür. Amma transfer məsələsi təkcə mənim qərarımdan asılı deyil. Hazırkı vəziyyətdə çox şeyi dəyişə bilmirik.

    – Komandanın formalaşdırılması və mövcud heyətin imkanları barədə nə düşünürsünüz? Bu vəziyyətdə mövsümün qalan hissəsi üçün hansı planınız var?

    – Hazırda nə edə bilərik ki? Təəssüf ki, çox şeyi dəyişmək imkanımız yoxdur. Mövcud vəziyyəti anlayıram. Bizim işimiz davam etmək, məşq etmək və oyunlara çıxmaqdır. Sadəcə, bu cür səhvlərə yol verməməliyik. Hər oyunda çox asan qollar buraxırıq, qol vurmaq üçün isə xeyli çətinlik çəkirik. Əsas problemimiz də məhz budur.

    Futbol

    "Zirə" - "Sumqayıt": HEYƏTLƏR

    23.10.2026 18:21:40
    Futbol

    "Özümüz rəqiblər üçün hədiyyələr hazırlayırıq" - Yuri Maksimov

    23.10.2026 18:00:56
    Futbol

    "Qurban Qurbanovdan öyrənməli olduğumuz çox şey var" - Yeton Bekiri

    23.10.2026 17:45:02
    Futbol

    "Qəbələ" autsayderi məğlub edib, 9-cu pilləyə yüksəldi

    23.10.2026 16:56:04
    Futbol

    Azərbaycanda bu klubun rəhbərinə 4 oyunluq cəza verildi

    23.10.2026 15:45:11
    Futbol

    AFFA 2 komandaya texniki məğlubiyyət verdi

    23.10.2026 15:13:25
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sabah" "Qalatasaray"ın sabiq oyunçusunun transferini təsdiqlədi - FOTO

    23.10.2026 19:07:41

    Azərbaycan təmsilçisi avrokuboklara məğlubiyyətlə başladı - YENİLƏNDİ

    23.10.2026 18:43:30

    "Zirə" - "Sumqayıt": HEYƏTLƏR

    23.10.2026 18:21:40

    "Özümüz rəqiblər üçün hədiyyələr hazırlayırıq" - Yuri Maksimov

    23.10.2026 18:00:56

    "Qurban Qurbanovdan öyrənməli olduğumuz çox şey var" - Yeton Bekiri

    23.10.2026 17:45:02

    Nenad Laloviç 3-cü dəfə UWW prezidenti seçildi, AGF təbrik etdi - FOTOLAR

    23.10.2026 17:37:26

    Millimiz seçmə mərhələyə məğlubiyyətlə başladı

    23.10.2026 17:09:15

    "Qəbələ" autsayderi məğlub edib, 9-cu pilləyə yüksəldi

    23.10.2026 16:56:04

    Dünya çempionatı: Güləşçilərimizin ilk rəqibləri bilindi

    23.10.2026 16:15:13

    Azərbaycanda bu klubun rəhbərinə 4 oyunluq cəza verildi

    23.10.2026 15:45:11

    AFFA 2 komandaya texniki məğlubiyyət verdi

    23.10.2026 15:13:25

    Arsen Venger Hövsan Yarış Kompleksində olub

    23.10.2026 14:40:41

    "Araz-Naxçıvan" - "Qəbələ": HEYƏTLƏR

    23.10.2026 14:07:23

    Hövsan Yarış Kompleksi dünya çempionatına tam hazırdır - FOTOLAR

    23.10.2026 13:43:38

    Arsen Venger FIFA-nın saytına Azərbaycandakı mundialın önəmindən danışdı

    23.10.2026 13:11:41
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved