Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    FIFA Azərbaycan futboluna 17,9 milyon dollar vəsait ayırıb
    23.10.2026 20:41:51

    Beynəlxalq Futbol Federasiyası (FIFA) Azərbaycanda futbolun inkişafına dair geniş material dərc edərək idman infrastrukturunun maliyyələşdirilməsi, gənc futbolçuların hazırlanması və müasir texnologiyaların tətbiqi ilə bağlı məlumatları açıqlayıb.

    Prosport.Az xəbər verir ki, 2016-cı ildən etibarən FIFA Forward proqramı çərçivəsində Azərbaycan üçün ümumilikdə 17,9 milyon dollar həcmində maliyyələşdirmə təsdiqlənib.

    O cümlədən 2016–2022-ci illərdə təsdiqlənmiş vəsaitin həcmi 9,9 milyon dollar təşkil edib. Bunun 6,2 milyon dolları futbol infrastrukturunun inkişafına yönəldilib.

    FIFA-nın dəstəyi ilə Gəncə şəhər stadionunun yenidən qurulması, Sumqayıt şəhər stadionunda 2, Bakı Olimpiya Stadionunda isə 1 təbii örtüklü meydançanın salınması layihələri həyata keçirilib.

    2022-ci ilin avqustunda Azərbaycan Premyer Liqasında və ölkə kubokunda VAR sisteminin tətbiqinə 480 min dollar ayrılıb. Layihə çərçivəsində Bakıda 3 videoəməliyyat otağı və 1 mobil otaq yaradılıb. Bu infrastruktur eyni vaxtda 4 matça xidmət göstərməyə imkan verir.

    FIFA-nın materialında digər infrastruktur layihələrinə də yer ayrılıb:

    – 745 min dollar — 2023-cü ildə Gəncədə futbol akademiyasının tikintisi;

    – 275 min dollar — 2023–2024-cü illərdə Ağsu stadionunun yenidən qurulması;

    – 194 651 dollar — 2024-cü ildə Dalğa Arena Məşq Mərkəzinin yenidən qurulması;

    – 1 089 962 dollar — 2023–2024-cü illərdə Dalğa, Binə və Ağsu stadionlarında 3 süni örtüklü meydançanın örtüyünün dəyişdirilməsi;

    – 146 634 dollar — 2025-ci ildə Milli Təlim-Məşq Mərkəzində əlavə təmir işləri.

    Beynəlxalq federasiya "Turan Tovuz" Futbol Akademiyasına xüsusi diqqət ayırıb. FIFA Forward proqramı çərçivəsində bu layihəyə 1,1 milyon dollar vəsait yönəldilib. Layihə FIFA, UEFA və AFFA-nın dəstəyi ilə həyata keçirilib.

    Kompleksə 1-i qapalı olmaqla 4 mini-meydança, yaşayış və yemək sahələri, tibbi infrastruktur, trenajor zalı, sauna və iclas otağı daxildir. Bundan başqa, yaxınlıqda yerləşən Tovuz şəhər stadionu da yenilənərək müasirləşdirilib.

    FIFA Azərbaycan futbolunda rəqəmsal texnologiyaların tətbiqindən də bəhs edib. Ötən il 8 stadionda videoanaliz üçün 48 kamera quraşdırılıb, istedadlı futbolçuların müəyyənləşdirilməsi məqsədilə mərkəzləşdirilmiş məlumat bazası yaradılıb.

    Bu il isə maliyyə dəstəyi 7 gənclər liqasında 1300 oyunu əhatə etməsi nəzərdə tutulan skautinq və futbolçuların izlənməsi platformasının tətbiqinə yönəldilir.

    Əməkdaşlığın digər istiqaməti FIFA Arena proqramıdır. Azərbaycan ötən ilin sentyabrında bu layihəni tamamlayan ilk 11 ölkə sırasında yer alıb. 2 məktəbin ərazisində 6 mindən çox şagirdin istifadəsi üçün futbol meydançaları inşa edilib.

    FIFA oktyabrın 24-dən 30-dək Azərbaycanda keçiriləcək 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalına da geniş yer ayırıb.

    Yarışda 189 milli futbol assosiasiyasını təmsil edən təxminən 3 min uşaq iştirak edəcək. Oyunların böyük hissəsi Hövsanda xüsusi olaraq inşa edilmiş idman kompleksində keçiriləcək. Turnir oktyabrın 24-də Bakı Kristal Zalında təşkil olunacaq açılış mərasimindən sonra Azərbaycan və Şərqi Timor yığmalarının oyunu ilə start götürəcək.

    AFFA prezidenti Rövşən Nəcəf yeni yaradılan infrastrukturun yarış başa çatdıqdan sonra da yerli futbol akademiyaları və klublar üçün imkanlar yaradacağını bildirib.

    FIFA-nın Qlobal Futbolun İnkişafı Departamentinin rəhbəri Arsen Venqer isə gənc futbolçuların yaşadıqları ölkədən asılı olmayaraq beynəlxalq yarış təcrübəsi qazanmasının vacibliyini vurğulayıb.

    Beynəlxalq federasiya Azərbaycanın 2024 və 2026-cı illərdə FIFA Series oyunlarına ev sahibliyi etdiyini də xatırladıb. Ölkəmiz 2027-ci ildə isə Özbəkistanla birlikdə 20 yaşadək futbolçular arasında dünya çempionatını təşkil edəcək.

    FIFA bu turnirləri futbol infrastrukturuna yatırılan vəsait və gənc oyunçuların inkişafı ilə birlikdə Azərbaycan futbolunun uzunmüddətli inkişaf strategiyasının bir-biri ilə əlaqəli mərhələləri kimi qiymətləndirir.

    Futbol

    Bakıdakı dünya çempionatını buradan izləyin - Pulsuz

    24.10.2026 17:22:08
    Futbol

    "Qalatasaray", "Fənərbağça" və "Beşiktaş"ın gözü Azərbaycanda - Futbolçu axtarırlar

    24.10.2026 16:17:19
    Futbol

    "Şəfa" - "Kəpəz" - HEYƏTLƏR

    24.10.2026 15:46:41
    Futbol

    Premyer Liqa klubu müvəqqəti baş məşqçiyə vaxt verdi

    24.10.2026 14:46:05
    Akademiya

    Millimiz ilk oyunda "cırtdanlar"a uduzdu

    24.10.2026 14:16:57
    Futbol

    Bakıya səfər "Borussiya"nın futbolçularını yorub

    24.10.2026 13:51:12
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Dünya çempionatı: iki güləşçimiz yarımfinal görüşünə çıxır

    24.10.2026 17:37:06

    Bakıdakı dünya çempionatını buradan izləyin - Pulsuz

    24.10.2026 17:22:08

    NTD asan qələbə qazandı

    24.10.2026 16:42:55

    "Qalatasaray", "Fənərbağça" və "Beşiktaş"ın gözü Azərbaycanda - Futbolçu axtarırlar

    24.10.2026 16:17:19

    "Şəfa" - "Kəpəz" - HEYƏTLƏR

    24.10.2026 15:46:41

    Azərbaycan komandasının 2 üzvü Avropa Kubokunda medal qazandı

    24.10.2026 15:14:37

    Premyer Liqa klubu müvəqqəti baş məşqçiyə vaxt verdi

    24.10.2026 14:46:05

    Millimiz ilk oyunda "cırtdanlar"a uduzdu

    24.10.2026 14:16:57

    Bakıya səfər "Borussiya"nın futbolçularını yorub

    24.10.2026 13:51:12

    Bakıda növbəti "Böyük Dəbilqə" turnirinin vaxtı bilindi

    24.10.2026 13:12:20

    Şərifov, İnfantino və Nəcəf Hövsanda – FOTOLAR

    24.10.2026 12:50:43

    Coy-Lens Mikels Bundesliqa klubuna keçə bilər

    24.10.2026 12:16:42

    Avropa Kuboku: Mingəçevir təmsilçisi cavab oyununa çıxır

    24.10.2026 11:40:10

    "Rəqəmlərlə bağlı xüsusi hədəfim yoxdur, amma 1-cilik yaxşı olardı" - Fərhad Rəcəbli

    24.10.2026 11:15:05

    Veteran cüdoçularımız Portuqaliyada daha 2 medal qazandılar - FOTOLAR

    24.10.2026 10:48:26
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved