1 illik fasilədən sonra Bakı yenidən cüdo üzrə "Böyük Dəbilqə" turnirinə ev sahibliyi edəcək.
Prosport.Az xəbər verir ki, turnir gələn il fevralın 19-21-də keçiriləcək.
"Böyük Dəbilqə" turniri 2013-cü ildən bəri Bakıda keçirilir. Bu il Azərbaycanın dünya çempionatına ev sahibliyi etməsi səbəbindən analoji yarış ləğv edilib.
