Dortmund “Borussiya”sının baş məşqçisi Niko Kovaç “Sabah” üzərində 2:1 hesablı qələbədən sonra futbolçuların fiziki vəziyyətindən danışıb.
Prosport.Az Almaniyanın DPA agentliyinə istinadən xəbər verir ki, xorvat mütəxəssis bu gün “Ayntraxt”la keçiriləcək oyun ərəfəsində Bakı səfərinin yaratdığı yorğunluğa diqqət çəkib.
Kovaç rəqibin daha yaxşı fiziki vəziyyətdə olduğunu bildirib. "Borussiya" həftəiçi Çempionlar Liqasında Azərbaycanda “Sabah”la keçirdiyi oyun (2:1) səbəbindən ümumilikdə 11 min kilometr yol qət edib.
“Bizim qarşımızda səfərə çıxmamış, fiziki baxımdan daha gümrah rəqib olacaq. Biz isə uzun yol qət etmişik və bu səfərin yorğunluğunu tez bir zamanda üzərimizdən atmalıyıq ki, yenidən ən yüksək səviyyədə çıxış edə bilək”, – deyə baş məşqçi bildirib.
