Azərbaycanın 15 yaşadək futbolçulardan ibarət yığma komandası Maltada keçirilən UEFA İnkişaf Turnirində ilk oyununa çıxıb.
Prosport.Az xəbər verir ki, U-15 Maltadan olan həmyaşıdları ilə qarşılaşıb və 0:1 hesabı ilə məğlub olub.
Azərbaycan yığması növbəti oyununu oktyabrın 26-da Litva millisinə qarşı keçirəcək.
