Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Niyə legionerlərin səhvlərindən danışan yoxdur?" - Yusif İmanov
    20.10.2026 19:18:27

    “İmişli” klubunun qapıçısı Yusif İmanov Azərbaycan Premyer Liqasının VIII turunda “Turan Tovuz” üzərində qazanılan qələbəni (1:0) şərh edib.

    “Turan Tovuz” üzərində qazanılan qələbə barədə nə deyə bilərsiniz?

    Gərgin oyun alındı. Bu qələbə bizim üçün çox vacib idi. Şükürlər olsun ki, iddialı rəqibə qalib gəlməyi bacardıq. Xarakter nümayiş etdirdik.

    Bu qələbədə sizin də böyük əməyiniz oldu. Çünki tovuzlular ciddi hücumlar edirdilər.

    Hər oyunda komandama kömək etmək istəyirəm. Mövsümə pis başladım. Ancaq tədricən formamı bərpa edirəm. Düşünürəm ki, bundan sonra daha yaxşı çıxış edəcəyəm.

    Ümumilikdə, “İmişli” mövsümə uğursuz başladı və bu, hətta baş məşqçinin istefası ilə nəticələndi. Komandada nə çatışmır?

    Mövsüm gərgin keçir. Bəli, çatışmazlıqlarımız var, xüsusilə də hücumların sonluğunda. Düşünürəm ki, vəziyyəti düzəldəcəyik.

    Demək olarmı ki, “İmişli” mövsümün qalan hissəsində əsasən Premyer Liqada qalmaq uğrunda mübarizə aparacaq və avrokuboklara vəsiqə qazanmaq barədə ciddi düşünmür?

    Hazırda mövsümün necə başa çatacağını deyə bilmərəm. Bacardığımız qədər yüksək pillədə qərarlaşmaq istəyirik. Qarşıda “Şamaxı” ilə oyunumuz var. Onların yaxşı baş məşqçisi var və komanda yaxşı futbol nümayiş etdirir. Qələbə qazanmağa çalışacağıq.

    Çempionluğa iddialı dörd komandanın hamısına qarşı oynamısınız. Hazırda hansı komanda sizə daha güclü təsir bağışlayır?

    “Sabah” yaxşı oyun göstərir. Ümumiyyətlə, bütün komandalar güclüdür. Hətta “Neftçi” də mövsümə uğurlu başlayıb. Yenidən formalaşdırılan “Qarabağ” nə qədər yeni olsa da, yenə “Qarabağ”dır. Qoy çempion ən güclü kollektiv olsun.

    Çempionat güclənib?

    Bəli, Azərbaycan çempionatı ildən-ilə daha da güclənir. Rəqabət artır. Əlbəttə, legioner limitini dəstəkləmirəm, amma mövcud vəziyyət belədir.

    “Qarabağ” – “Neftçi” oyunundan sonra hər iki komandanın yerli qapıçıları səhvlərinə görə tənqid olundular...

    Mənim bu barədə danışmağım düzgün olmazdı. Şahruddin Məhəmmədəliyev və Rza Cəfərov mənim dostlarımdır. Oyun həqiqətən də gərgin keçdi. Məhəmmədəliyevin bu mövsüm oyun praktikası azdır, amma bu, onların zəif qapıçılar olduğu anlamına gəlmir. Belə günlər olur. Mən də bunu yaşamışam.

    Deməli, yerli qapıçılara ünvanlanan tənqidlərlə razı deyilsiniz?

    Bəs niyə legionerlərin səhvlərindən danışan yoxdur? Onlar burada nə ilə daha üstün olduqlarını göstəriblər? Onlar da eyni cür səhvlərə yol verirlər. Mən burada yerli qapıçılardan iki baş üstün olan legioner qapıçı görmürəm. Buna misal olaraq Emil Balayevi göstərə bilərəm. Bu gün Emil Balayevdən güclü heç bir legioner qapıçı yoxdur.

    View this post on Instagram

    A post shared by Borussia Dortmund (@bvb09)

    Futbol

    Liderdən qələbə, “Zəngəzur”dan darmadağın

    20.10.2026 20:20:36
    Futbol

    "Niyə legionerlərin səhvlərindən danışan yoxdur?" - Yusif İmanov

    20.10.2026 19:18:27
    Futbol

    Azər Bağırov cəzalandı, "Şamaxı" 2500 manat cərimələndi

    20.10.2026 18:40:32
    Futbol

    AFFA derbinin cəzalarını açıqladı

    20.10.2026 18:13:04
    Futbol

    Millimizin Azərbaycandakı dünya çempionatı üçün heyəti bilindi - ADLAR

    20.10.2026 17:40:10
    Akademiya

    "Sabah" "Borussiya"ya 2 cavabsız qolla uduzdu

    20.10.2026 17:06:08
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Liderdən qələbə, “Zəngəzur”dan darmadağın

    20.10.2026 20:20:36

    FİBA rəsmi bəyanat yaydı - Azərbaycan klubuna görə

    20.10.2026 19:40:33

    "Niyə legionerlərin səhvlərindən danışan yoxdur?" - Yusif İmanov

    20.10.2026 19:18:27

    Azər Bağırov cəzalandı, "Şamaxı" 2500 manat cərimələndi

    20.10.2026 18:40:32

    AFFA derbinin cəzalarını açıqladı

    20.10.2026 18:13:04

    Millimizin Azərbaycandakı dünya çempionatı üçün heyəti bilindi - ADLAR

    20.10.2026 17:40:10

    "Sabah" "Borussiya"ya 2 cavabsız qolla uduzdu

    20.10.2026 17:06:08

    "Bir dəfə "Borussiya", həmişə "Borussiya" - Coy-Lens Mikels

    20.10.2026 16:40:24

    "Borussiya" Bakıda tekbol oynadı - VİDEO

    20.10.2026 16:20:43

    Cüdo hakimləri üçün praktiki seminar keçirildi

    20.10.2026 15:54:11

    AMADA boksçunu 2 illik diskvalifikasiya etdi

    20.10.2026 15:12:34

    Yığmamız beynəlxalq təlim-məşq toplanışında

    20.10.2026 15:06:53

    Güləş yığmalarımızın dünya çempionatı üçün heyəti açıqlandı - ADLAR

    20.10.2026 14:48:53

    “Sabah” bir oyunda bütün mövsümdəkindən çox azarkeş toplayacaq” - Almaniya mətbuatı

    20.10.2026 14:10:18

    FIFA reytinqi: Millimiz yeriində saydı

    20.10.2026 13:49:51
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved