Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    "Styaua" ilə oyuna tam hazır deyilik, amma bu matça fokuslanmışıq" – Cəlil Cəlilov
    12.11.2025 16:12:25

    Bu gün kişilər arasında voleybol üzrə "Xilasedici" komandası Çelenc Kubokunda (Challenge Cup) Rumıniyanın paytaxtı Buxarestdə 16 dəfə ölkə çempionu, 2 dəfə Çempionlar Liqasının, 3 dəfə də CEV Cup-ın finalçısı olmuş "Styaua"nın qonağı olacaq.

    Bakı vaxtı ilə saat 21:00-da başlayacaq oyundan öncə Prosport.Az-ın əməkdaşı baş məşqçi Cəlil Cəlilovdan müsahibə götürüb.

    – "Styaua"nı necə analiz etmisiniz?
    – Ötən mövsüm Rumıniya çempionatında 5-ci olublar. Bu mövsüm isə komandaya sərmayə yatırıblar. Onlar Balkan çempionatının qalibi olub, ona görə də hazırdırlar. Təəssüf ki, biz də ölkə çempionatında cəmi 1 matç keçirmişik. “Ordu”ya 3:0 qalib gəlmişik. Düzdür, yoxlama matçları keçirmişik. “Gənclər” komandasına 3:0 qalib gəlmişik. Amma oyuna tam hazır deyilik. Yenə də komandamız bu oyuna fokuslanıb. İnşallah, qələbə ilə Vətənə geri dönəcəyik.

    – Bu komandanın heyətində kimləri fərqləndirə bilərsiniz?
    – Ötən mövsüm bizdə oynayan bolqarıstanlı Svetoslav İvanov hazırda “Styaua”da çıxış edir. Həmçinin, ötən mövsüm “Murov Az-Terminal”da çıxış etmiş belçikalı Sepe Batens da bu komandada oynayır. Bundan başqa, Braziliya, Çexiya və Argentinadan olan legionerləri də var.   

    –  Niyə çempionatda cəmi 1 matç keçirmisiniz?
    – “Azərreyl”lə oyunda voleybolçumuzda zədə olduğu üçün təxirə salınmasını xahiş etdik. Həmin matçı Çelenc Kapdan sonra keçirəcəyik.

    – Ötən mövsüm “Xilasedici” debüt etdi, yaxşı da çıxış edirdiniz, ancaq sonda çempion ola bilmədiniz...
    – Bəli, ötən mövsümə yaxşı başlamışdıq, “Yaşıl dünya naminə” ölkə Kubokunu qazanmışdıq. Düzdür, çempionatda bəxtimiz gətirmədi, 3-cü yeri tutduq. Problemlərimiz, zədəlilərimiz oldu. Amma bu il komanda yaxşı yığılıb. İnşallah, bu mövsüm çempion olacağıq.

    – Çempionatda əsas rəqibiniz kim hesab olunur?
    – Konkret komanda adı çəkmək düzgün olmazdı. “Ordu” yaxşı komanda yığıb, “Neftçi” güclənib. “Murov Az-Terminal” da yaxşı oyunçuları heyətinə qatıb. “Azərreyl” də oturuşmuş komandadır. Bu il çətin olacaq.

    Səbuhi Musa

    Müsahibə

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    Müsahibə

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37
    Futbol

    "4-5 qol vurmaq istəyərdik" "Qarabağ"ın legioneri

    19.09.2026 11:41:16
    Müsahibə

    "Rəşidin bu uğuru Hidayət Heydərov üçün də əlavə həvəsdir" – Fərhad Məmmədov

    19.09.2026 09:20:52
    Müsahibə

    "Çox istərdim ki, "Kəpəz" Gəncədə final oynasın" – Azər Məmmədov

    18.09.2026 21:12:13
    Futbol

    "Mənim üçün Mançester və ya Sumqayıtda oynamağın heç bir fərqi yoxdur" – Timoteuş Puxaç

    14.09.2026 23:20:57
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şahmat yığmalarımız Olimpiadada Argentina və Qazaxıstana qarşı

    21.09.2026 10:00:51

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved