Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    “Araz-Naxçıvan”la oyunda məhz onun üçün qalib gəlməliydik" – Yeqor Xvalko
    11.11.2023 12:08:59

    "Kəpəz" Azərbaycan Premyer Liqasının Xlll turunda səfərdə "Araz-Naxçıvan"ı 2:1 hesabı ilə məğlub edib.

    Prosport.Az xəbər verir ki, Gəncə təmsilçisinin kapitanı Yeqor Xvalko matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

    – Ardıcıl məğlubiyyətlərdən sonra çətin vəziyyətdə idik. Buna görə də toparlanmalıydıq. Psixoloji durumumuzu qaydaya salmağa çalışırdıq. 11 tur ərzində qələbə qazanmamışdıq. Nəhayət ki, bu uğursuz seriyaya son qoyduq.

    – Bu qələbəni sensasiya hesab etmək olar?
    – Belə deməzdim. Oyun bərabər səviyyədə idi. Matç ilk qola kimi idi. Hesabı hansı komanda açsaydı, o da da qalib gələcəkdi. İlk hissədə hər iki tərəfin şansları var idi. Lakin nə biz fərqlənə bildik, nə də rəqib. Nəhayət ki, sona yaxın istəyimizə çatdıq. Vurduğumuz qol nəticəni müəyyənləşdirdi.

    – Son oyunlarda uğursuz nəticələrin səbəbi nədir?
    – Əslində biz hər matçda nəticə qazanmaq üçün çalışırıq. Lakin bəzən gözlənilməz hallar yaşanır. Məsələn, “Turan Tovuz”la görüşdə pis çıxış etmirdik. Rəqib ilk hissənin sonuna yaxın fərqləndi. Bu cür qollar komandaya mənfi pis təsir edir. Fasilədən sonra matçın gedişatını dəyişmək istəyirdik. Amma 2-ci 45 dəqiqə başlayar-başlamaz, rəqib növbəti qolu vurdu. Bundan sonra oyunun ipi əldən getdi. 0:2-dən sonra nəyisə dəyişməz mümkünsüz idi. Yaxud “Qarabağ”la oyun olsun. Komandanın gücü hər kəsə məlumdur. Sadəcə 1-ci dəqiqədə qapımızda qol gördük. Bu cür rəqiblə ilk dəqiqədə qapında qol görmək çox ağırdır.

    – Azər Məmmədovun istefa verməsini necə dəyərləndirirsiniz?
    – Hamı başa düşür ki, nəticə yoxdur. Buna görə də Azər Məmmədov komandadan getdi. Təbii ki, baş məşqçinin gedişi pis təsir edir. Biz onun etimadığını doğrultmadıq. Sağollaşmaq hər zaman insanı məyus edir. Bu xoş deyil. Lakin bu da futbolun bir hissəsidir. “Araz-Naxçıvan”la oyunda məhz onun üçün qalib gəlməliydik.

    – Bəs növbəti oyunda kimin üçün qalib gəlməlisiniz?
    – İlk növbədə özümüz üçün. Meydana çıxırsansa, adın, ailən üçün mübarizə aparmalısan. Biz də əlimizdən gələni edəcəyik ki, bu qələbənin ardını gətirək.

    – Qarşıda milli fasilə gəlir. Bunun komandaya təsiri necə olacaq?
    – Məncə, bu, “Kəpəz”in xeyrinə olacaq. Yeni baş məşqçi gələcək. Onun komandanı tanıması üçün zamana ehtiyac var. Eləcə də biz baş məşqçinin nə istədiyini bilməliyik. Odur ki, bu cür vəziyyətlərdə fasilə hər zaman faydalı olur. Məşqlərimizdə yükləmə çox olacaq. Növbəti matça qədər daha yaxşı durumda olacağıq.

    – "Qarabağ"a 1:7 hesablı məğlubiyyətdən sonra xeyli müddət tribunada olan azarkeşlərlə söhbət etdiniz. Orada nəyi müzakirə edirdiniz?
    – Əsas problem azarkeşlərlə müzakirə aparmaq deyil. Bu, normal haldır. Əsas problem aldığımız ağır məğlubiyyət idi. 1:7 nadir hesabdır. Psixoloji cəhətdən bu cür məğlubiyyətdən sonra toplarlanmaq çətindir. Sonuncu pillədə idik. Az qol vururuq və cəmi 1 qələbə qazanmışıq. Azarkeşlər bu cür gedişatdan narazı olmaqda tam haqlıdır. Biz onlara hörmət edirik.

    – Ev oyunlarını Gəncədə keçirə bilmirsiniz. Bu, komandaya necə təsir edir?
    – Gəncədə azarkeş daha çox olurdu. Üstəlik, öz evin, doğma divarlar da bəzən kömək olur. Yenə də Bakı ilə müqayisədə Tovuzda oynamaq məsafə baxımından daha yaxşıdır.

    – Tovuzda süni örtüklü meydançada oynamağın mənfi təsiri var?
    – Mən məsələyə fərqli yanaşıram. Sintetik meydanda qazon düz olur. Kələ-kötür olmur. Buna görə də sintetik qazonda oynamaq mənim üçün problem deyil. 

    Müsahibə

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    Müsahibə

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    Futbol

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37
    Müsahibə

    "4-5 qol vurmaq istəyərdik" "Qarabağ"ın legioneri

    19.09.2026 11:41:16
    Cüdo

    "Rəşidin bu uğuru Hidayət Heydərov üçün də əlavə həvəsdir" – Fərhad Məmmədov

    19.09.2026 09:20:52
    Futbol

    "Çox istərdim ki, "Kəpəz" Gəncədə final oynasın" – Azər Məmmədov

    18.09.2026 21:12:13
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Çimərlik güləşində tarixi uğur

    27.09.2026 23:15:30

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved