Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Ora-bura getməkdən yorulmuşam" - Emin Mahmudov
    7.11.2026 16:22:34

    “Neftçi”nin kapitanı Emin Mahmudov dünən Azərbaycan Premyer Liqasının 11-ci turunda “Kəpəz”ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Prosport.Az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

     

    - Qələbəni necə şərh edərdiniz?

    - Ağır oyun keçdi. Bizim üçün əsas olan qələbə idi, onu da qazandıq. İndiki məqamda 3 xal önəmlidir.

    - Artıq iki turdur liderliyi ələ keçirmisiniz...

    - Təbii ki, çempionatın lideri olmaq xoşdur. Amma dayanmaq olmaz, bu tempdə də davam etməliyik. Qarşıda yenə çətin oyunlarımız olacaq.

    - Ardıcıl 3 çətin oyunda “Sabah”, “Qarabağ” və “Turan Tovuz”a uduzmadınız. Bu nəticəni qənaətbəxş saymaq olar?

    - Əslində çalışırıq bütün oyunlarda qələbə qazanaq. İddialılara uduzmamaq da pis deyil. Amma ən azından “Qarabağ”la oyunda qələbə qazanmağa çox yaxın idik. Təəssüf ki, sonda 3 xalı əldən verdik.

    - Ümumilikdə ilk dövrəni “Neftçi” üçün necə dəyərləndirirsiniz?

    - Birinci yerdəyiksə, deməli, hər şey yaxşıdır. Bu cür də davam etməliyik.

    - Mili komandadakı karyeranızı başa vurursunuz. Necə oldu ki, belə qərar qəbul etdiniz?

    - Açığı, bir az ora-bura getməkdən yorulmuşam. Apreldə 35 yaşım tamam olacaq. Ona görə düşündüm ki, vaxtında getmək yaxşıdır, nəinki sonradan dəvət almamaq. Qürur duyuram ki millidə 65 oyun keçirmişəm, kapitan olmuşam. İndi daha çox “Neftçi”yə fikir verəcəm. Həm də uşaqlarıma vaxt ayıracağam.

    - Yəqin ki, Andorraya qarşı son oyunda qol vurmaq istərdiniz...

    - Baş məşqçi hansı oyunda şans versə, hər zamankı kimi əlimdən gələnin maksimumunu edəcəm. Həmişə komandaya kömək olmağa çalışmışam.

    - Millini bombardir kimi tərk etmək necə hissdir?

    - Əlbəttə, bu nəticə ilə başa vurmaq fəxrdir. Ümumilikdə millidə oynamaq qürurvericidir. Şadam ki, millinin heyətində böyük komandalara qarşı oynamaq şansı qazandım.

    - Qeyd etdiniz ki, martda 35 yaşım tamam olacaq. Lakin müxtəlif millilərdə sizdən yaşca böyüklər hələ də forma geyir...

    - Messi də, Ronaldo da, hamımız biryerdə bitiririk (gülür).

    - Bu qərar barədə nə vaxtdan düşünürdünüz?

    - Bir aydan çoxdur bu barədə düşünürdüm. AFFA ilə danışdıq. Onlar da qərarımı anlayışla qarşıladılar.

    - Millidəki karyeranızı tək sözlə necə ifadə edə bilərsiniz?

    - Qürur.

    - Ən unudulmaz oyununuz hansı oldu?

    - Məncə, çoxları bilir ki, bu, İsveçlə matçdır. Həmin görüşdə həm güclü rəqib üzərində böyük hesablı qələbə qazandıq, həm də baxımlı qola imza atdım. O qol heç vaxt yaddan çıxmayacaq.

    Müsahibə

    "Milli barədə artıq bir söz demək istəmirəm" – "İmişli"nin kapitanı

    9.11.2026 19:47:22
    Futbol

    "Ora-bura getməkdən yorulmuşam" - Emin Mahmudov

    7.11.2026 16:22:34
    Futbol

    “Neftçi” bu gün boş tribunalar önündə oynamağı haqq etmir” - Cenk Sümer

    7.11.2026 15:18:23
    Müsahibə

    Silva Yankoviçlə Qəbələdə yaşanan insidentdən danışdı

    1.11.2026 09:55:23
    Müsahibə

    "Klubumuzun rəhbərini ad günündə sevindirmək istəyirik" – Cəlil Cəlilov

    29.10.2026 23:25:36
    Müsahibə

    "Təbii ot örtüyü görmürük, "sudurqa" tutur" – "Qarabağ"ın kapitanı

    29.10.2026 16:09:23
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    AFFA hakimi təhqir edənləri cəzalandırdı

    12.11.2026 12:44:01

    DÇ-2027: Özbəkistan Azərbaycandan nə öyrənir?

    12.11.2026 12:02:06

    Azərbaycan klubunun baş məşqçisi "Sportinq" üzərində tarixi qələbəni şərh etdi

    12.11.2026 11:42:38

    "Azərbaycan millisinə daha çox qol vura bilərdik" – Almaniyalı baş məşqçi

    12.11.2026 11:10:00

    Toral Bayramovun komandası üçün təhlükə

    12.11.2026 10:46:22

    "Neftçi"nin sabiq futbolçusu Fransada məşqçiliyə başladı

    12.11.2026 10:24:32

    Gəncə təmsilçisi Türkiyə klubunu qəbul edir

    12.11.2026 10:00:21

    Avropa Kuboku: "LANDAU Layns" yenə uduzdu

    12.11.2026 09:30:47

    "Xilasedici" "Sportinq"i, "Ordu" Norveç klubunu məğlub etdi

    12.11.2026 09:00:04

    Yeniyetmələrin Yay Olimpiadası: Azərbaycan 1 pillə gerilədi

    11.11.2026 23:47:50

    Dakar-2026: Taekvondoçumuz finalda uduzub, "gümüş" qazandı - YENİLƏNİB

    11.11.2026 23:20:47

    "Bu gün həm Azərbaycan basketbolu, həm də “Neftçi” üçün qələbə günüdür" - Baş məşqçi

    11.11.2026 22:49:10

    "Neftçi" Avropa Kubokunda ilk qələbəsini qazandı

    11.11.2026 22:39:36

    Azərbaycan şahmatçısı Avropa çempionu oldu

    11.11.2026 22:14:15

    "İngiltərə Premyer Liqasında oynamaq istərdim" - "Sabah"ın futbolçusu

    11.11.2026 21:44:23
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved