Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Milli barədə artıq bir söz demək istəmirəm" – "İmişli"nin kapitanı
    9.11.2026 19:47:22

    "İmişli"nin kapitanı Azər Salahlı Azərbaycan Premyer Liqasının XI turunun "Sumqayıt"la oyunundan (0:0) sonra Prosport.Az saytının Yevlaxa ezam olunmuş əməkdaşının suallarını cavablandırıb.

    – Ervon Perkinin vaxtında komanda Yevlax şəhər stadionunda məğlub olmayıb. Komandalar sanki burada oynamaqda çətinlik çəkir. Bunun səbəbi süni örtüklü meydança ola bilərmi?
    – Öncə onu deyim ki, "Sumqayıt"la oyunun çətin keçəcəyini bilirdik. Çünki uzun müddət idi ki, "Sumqayıt" da Premyer Liqada qələbə qazanmırdı. Ona görə də düşünürdük ki, onlar da Yevlaxa 3 xal üçün gəlib. Qələbə üçün əlimizdən gələni etdik. Təəssüf ki, hesabı açıb qələbə qazana bilmədik və 1 xalla kifayətlənməli olduq. Deyə bilərik ki, bu oyunun ədalətli nəticəsi elə 1 xal idi. Sualınıza gəlincə, bu meydançada oynamaq bir az çətindir. Süni örtüklü meydança olduğundan, futbolçular özlərini zədədən qoruyur. Biz hər oyuna qələbə üçün çıxırıq. Düşünürəm ki, Yevlaxda uduzmamağımız bizim üçün yaxşı nəticədir.

    – Bəxtiyar Həsənalızadə oyundan 1 gün əvvəl zədələndi. Bu səbəbdən müdafiə xəttində Mehdi Tahirovu gördük. Müdafiədə fərqliliklər vardımı?
    – Bilirsiniz ki, heyətimiz o qədər də geniş deyil. Hər bir futbolçu üçün oynamaq çox vacibdir. Bəxtiyardan başqa, Edvin Banqera da zədəlidir. Düşünürəm ki, heyətimiz komplektləşdikdən sonra hamı daha yaxşı "İmişli" görəcək.

    – Milli komanda fasiləsindən sonra burada "Zirə"ni qəbul edəcəksiniz. Bu haqda nə deyə bilərsiniz?
    – O oyuna hələ var. 3 gün istirahət edəcəyik. Daha sonra həmin oyunun hazırlıqlarına başlayacağıq. Həmin matça da maksimum nəticə üçün çıxacağıq. Ələlxüsus ev oyunlarında məğlub olmaq istəmirik.

    – Bilirsiniz ki, bu sualı verəcəyəm. Jurnalistlər də Azər Salahlı, Bəxtiyar Həsənalıyev və ya Seyxan Fərəcovun milliyə çağırılmamasından yazır. Yığmaya çağırılmamağınız sizə necə təsir edir?
    – Hər milli toplanışından öncə bu suallar olur. Düşünürəm ki, bu haqda yetəri qədər demişəm. Artıq bir söz demək istəmirəm. Bunu qəbullanmıram. Ona görə öz üzərimdə də çalışıram ki, bəlkə milliyə düşdüm.

    – Ümumiyyətlə, baş məşqçi Ayxan Abbasovla bu barədə söhbətiniz olub?
    – Yox.

    Səbuhi Musa

    Futbol

    AFFA hakimi təhqir edənləri cəzalandırdı

    12.11.2026 12:44:01
    Akademiya

    DÇ-2027: Özbəkistan Azərbaycandan nə öyrənir?

    12.11.2026 12:02:06
    Akademiya

    "Azərbaycan millisinə daha çox qol vura bilərdik" – Almaniyalı baş məşqçi

    12.11.2026 11:10:00
    Futbol

    Toral Bayramovun komandası üçün təhlükə

    12.11.2026 10:46:22
    Futbol

    "Neftçi"nin sabiq futbolçusu Fransada məşqçiliyə başladı

    12.11.2026 10:24:32
    Futbol

    "İngiltərə Premyer Liqasında oynamaq istərdim" - "Sabah"ın futbolçusu

    11.11.2026 21:44:23
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    AFFA hakimi təhqir edənləri cəzalandırdı

    12.11.2026 12:44:01

    DÇ-2027: Özbəkistan Azərbaycandan nə öyrənir?

    12.11.2026 12:02:06

    Azərbaycan klubunun baş məşqçisi "Sportinq" üzərində tarixi qələbəni şərh etdi

    12.11.2026 11:42:38

    "Azərbaycan millisinə daha çox qol vura bilərdik" – Almaniyalı baş məşqçi

    12.11.2026 11:10:00

    Toral Bayramovun komandası üçün təhlükə

    12.11.2026 10:46:22

    "Neftçi"nin sabiq futbolçusu Fransada məşqçiliyə başladı

    12.11.2026 10:24:32

    Gəncə təmsilçisi Türkiyə klubunu qəbul edir

    12.11.2026 10:00:21

    Avropa Kuboku: "LANDAU Layns" yenə uduzdu

    12.11.2026 09:30:47

    "Xilasedici" "Sportinq"i, "Ordu" Norveç klubunu məğlub etdi

    12.11.2026 09:00:04

    Yeniyetmələrin Yay Olimpiadası: Azərbaycan 1 pillə gerilədi

    11.11.2026 23:47:50

    Dakar-2026: Taekvondoçumuz finalda uduzub, "gümüş" qazandı - YENİLƏNİB

    11.11.2026 23:20:47

    "Bu gün həm Azərbaycan basketbolu, həm də “Neftçi” üçün qələbə günüdür" - Baş məşqçi

    11.11.2026 22:49:10

    "Neftçi" Avropa Kubokunda ilk qələbəsini qazandı

    11.11.2026 22:39:36

    Azərbaycan şahmatçısı Avropa çempionu oldu

    11.11.2026 22:14:15

    "İngiltərə Premyer Liqasında oynamaq istərdim" - "Sabah"ın futbolçusu

    11.11.2026 21:44:23
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved