Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    “Neftçi” bu gün boş tribunalar önündə oynamağı haqq etmir” - Cenk Sümer
    7.11.2026 15:18:23

    “Neftçi”nin baş icraçı direktoru Cenk Sümerin Prosport.Az saytına müsahibəsi

     

    - İlk öncə Azərbaycan xalqını Zəfər Günü münasibəti ilə təbrik edirəm. Şəhidlərimizə Allah rəhmət eləsin, vətən uğrunda canlarından keçdilər. Qazilərimizə Allah şəfa versin. Çox müqəddəs işlər gördülər. Geridə qalanlarına Allah səbir versin. İnşallah, ölkə olaraq bir daha bu cür halla rastlaşmarıq.

    - “Kəpəz” üzərində qazanılan 1:0 hesablı qələbəni necə şərh edərdiniz?

    - Komandamız yaxşı oyun sərgilədi. Nəticədən məmnunuq. Məşqçi heyətindən, texniki heyətdən, futbolçularımızdan razıyıq. Hər biri qarşıya qoyulan vəzifənin öhdəsindən gəldilər. “Neftçi”yə yaraşan futbol sərgilədir. Ümidimiz hər həftə artır. Rəqibi də təbrik edirəm. “Kəpəz” də çox yaxşı işlər görür, yaxşı nəticələr qazanır. Azarkeşləri ilə çempionata rəng qatırlar. Bizə qarşı da sona qədər mübarizə apardılar.

    - Çempionatda ilk dövrə başa çatır və “Neftçi” liderdir. Ümumilikdə 11 turu necə dəyərləndirirsiniz və bundan daha yaxşı nəticə qazanmaq mümkün idimi?

    - Hədəf daha yaxşı nəticələr qazanmaqdır. Komandamızın xarakteri var. Biz də inanırıq. Amma ardıcıl qələbələr qazanmaq, meydanda döyüşmək asan deyil. Bu mövsüm komandamız özünü yaxşı tərəfdən göstərir. Lakin çempionat uzun marafondur, rəqiblərimiz güclüdür. Rəqibin böyüyü-kiçiyi yoxdur. Hər matçda fərqli nəticə qeydə alına bilər. Hədəfimiz bu mübarizədə qalmaq, daha da irəliləməkdir.  

    - Qışda “Neftçi”nin qapıçı transfer edəcəyi barədə yayılan xəbərlər nə dərəcədə doğrudur?

    - Axtarışa çıxmamışıq. Amma ümumi olaraq hər mövqe üçün axtarışlarımız həmişə davam edir. Hər şey ola bilər. Baş məşqçinin tələbi önəmlidir. Hələ ki qış transferi pəncəri barədə danışığımız olmayıb. Ümumilikdə skaut departamentimiz hər zaman axtarışdadır. Bu gün də bir neçə ölkədə oyunları izləyən komandamız var. Əlimizdəki büdcəyə uyğun, hədəflərimizə uyğun transferləri reallaşdıracağıq.

    - Demək olar ki, bugünkü uğurlu çıxışda ehtiyat oyunçular skamyasının böyük rolu var? Məsələn, son iki turda sonradan meydana daxil olan futbolçular qələbə qolunu vururlar...

    - Doğrudur. Biz plana uyğun iş görürük. Yayda Varqas xaric 9 transfer realaşdırdıq. Yenə də planlarımız var. “Neftçi”nin inkişafı üçün bütün bunlar lazımdır. Həm də səbirli olmalıyıq. Bəli, bu gün ehtiyatdan oyuna daxil olanlar komandaya fayda verirlər. Arzu etdiyimiz də budur.

    - “Neftçi”nin mümkün qış çempionluğu transferlərə təsir edə bilər?

    - Bəli, edə bilər. Ehtimallar, şanslar, bir sözlə, hər şeyi dəyərləndirməliyik. Çünki kimsə ciddi zədə ala bilər, yaxud başqa klubdan təklif ala bilər. Digər tərəfdən isə transfer önəmli deyil, vacib olan komandanı irəli aparmaqdır. Pulumuz qiymətlidir. Ona görə də həssas davranırıq. Diqqətli olmalı, hər şeyi ölçüb biçməliyik. Elə futbolçular var ki, bu gün üzdə olmasalar da, onlardan da fayda görəcəyik.

    - Emin Mahmudov millidən gedir. Eyni hala “Neftçi”də də şahid ola bilərik?

    - Hazırda bu, müzakirə mövzusu deyil. Çünki bilirsiniz ki, Eminin müqaviləsi 1+1 illikdir. Millidə böyük işlər görüb. Qiymətli futbolçumuzdur. Onun millidən ayrılmasına təəssüflənirik. Amma bu cür futbolçuya sahib olduğumuz üçün də “Neftçi” adına qururluyuq. O bizim kapitanımızdır və bundan qürur duyuruq.

    - Breno Almeyda ilə bağlı tez-tez transfer xəbərləri çıxır. Bu günə qədər onun üçün Kiprdən, yaxud hansısa başqa ölkədən rəsmi təklif almısınız?  

    - Bəli, Kiprdən təklif almışdıq. Amma Breno ora getməz. Bu gün çempionatın bombardiridir, çox yaxşı mövsüm keçirir. Biz onsuz da Almeydaya inanıb transfer etmişdik. Təkliflər olacaq, ona da, digər futbolçularımız da. Yaxşı çıxış edirsənsə, digər klubların diqqətini çəkəcəksən. Amma bizim bu gün hədəfimiz mövsümün sonunda çempion olmaq, kuboklar qazanmaqdır.

    - Bayaq “Kəpəz”in azarkeşlərini qeyd etdiniz. Bu gün “Neftçi” liderdir, yaxşı oyun sərgiləyir. Amma tribunalar yenə də dolmur. Sizcə, bu, nədən irəli gəlir?

    - Ən böyük yaramızdır bu. Azarkeşlərimizi mədədimizdə, tribunada gözləyirik. Hər birinin özünə görə arqumenti var. Amma “Neftçi” bu gün boş tribunalar önündə oynamağı haqq etmir. Daha çox azarkeşin stadiona gəlməsi üçün hər şeyi edirik. Qarşıdakı fasilədə yenə müəyyən işlərimiz olacaq. Hər zaman qapımız açıqdır. Əslində bura elə onların evidir. Ev sahibi onlardır. Evlərində olmalarını istəyirik. Gəlib komandaya dəstək olsunlar, gücümüzə güc qatsınlar. Bu iş onlarsız olmaz. “Kəpəz”lə matçda komandanı 90 dəqiqə dəstəkləyən hər kəsə təşəkkür edirəm.

    Futbol

    AFFA hakimi təhqir edənləri cəzalandırdı

    12.11.2026 12:44:01
    Akademiya

    DÇ-2027: Özbəkistan Azərbaycandan nə öyrənir?

    12.11.2026 12:02:06
    Futbol

    "Azərbaycan millisinə daha çox qol vura bilərdik" – Almaniyalı baş məşqçi

    12.11.2026 11:10:00
    Futbol

    Toral Bayramovun komandası üçün təhlükə

    12.11.2026 10:46:22
    Futbol

    "Neftçi"nin sabiq futbolçusu Fransada məşqçiliyə başladı

    12.11.2026 10:24:32
    Futbol

    "İngiltərə Premyer Liqasında oynamaq istərdim" - "Sabah"ın futbolçusu

    11.11.2026 21:44:23
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    AFFA hakimi təhqir edənləri cəzalandırdı

    12.11.2026 12:44:01

    DÇ-2027: Özbəkistan Azərbaycandan nə öyrənir?

    12.11.2026 12:02:06

    Azərbaycan klubunun baş məşqçisi "Sportinq" üzərində tarixi qələbəni şərh etdi

    12.11.2026 11:42:38

    "Azərbaycan millisinə daha çox qol vura bilərdik" – Almaniyalı baş məşqçi

    12.11.2026 11:10:00

    Toral Bayramovun komandası üçün təhlükə

    12.11.2026 10:46:22

    "Neftçi"nin sabiq futbolçusu Fransada məşqçiliyə başladı

    12.11.2026 10:24:32

    Gəncə təmsilçisi Türkiyə klubunu qəbul edir

    12.11.2026 10:00:21

    Avropa Kuboku: "LANDAU Layns" yenə uduzdu

    12.11.2026 09:30:47

    "Xilasedici" "Sportinq"i, "Ordu" Norveç klubunu məğlub etdi

    12.11.2026 09:00:04

    Yeniyetmələrin Yay Olimpiadası: Azərbaycan 1 pillə gerilədi

    11.11.2026 23:47:50

    Dakar-2026: Taekvondoçumuz finalda uduzub, "gümüş" qazandı - YENİLƏNİB

    11.11.2026 23:20:47

    "Bu gün həm Azərbaycan basketbolu, həm də “Neftçi” üçün qələbə günüdür" - Baş məşqçi

    11.11.2026 22:49:10

    "Neftçi" Avropa Kubokunda ilk qələbəsini qazandı

    11.11.2026 22:39:36

    Azərbaycan şahmatçısı Avropa çempionu oldu

    11.11.2026 22:14:15

    "İngiltərə Premyer Liqasında oynamaq istərdim" - "Sabah"ın futbolçusu

    11.11.2026 21:44:23
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved