"Gəncə" basketbol klubu baş məşqçisi Martin Knejeviçlə yolları ayırıb.
Prosport.Az xəbər verir ki, FIBA Avropa Kubokundakı uğursuz nəticələrdən sonra klub rəhbərliyi ilə mütəxəssis arasında görüş keçirilib. Komandanın çıxışı müzakirə olunub.
Qarşılıqlı razılıq əsasında baş məşqçinin müqaviləsinə xitam verilib.
