Azərbaycan millisinin sabiq futbolçusu Coşqun Diniyevin karyerasını davam etdirmək variantı yaranıb.
Prosport.Az futbolinfo.az-a istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçiyə xaricdən dəvət gəlib. Təklif sərfəli olacağı təqdirdə Şahin Diniyevin oğlu karyerasını başa vurmaq qərarından vaz keçərək çıxışını davam etdirəcək.
Qeyd edək ki, daha əvvəl atası Şahin Diniyev Coşqunun karyerasını bitirmək qərarına gəldiyi bildirmişdi. Amma xaricdən gələn təklif onun peşəkar futbolda qalması üçün şans yaradıb.
