Azərbaycanlı futbolçu Ramil Şeydayevin də formasını geyindiyi "Soçi" Rusiya I Liqasında XIV tur oyununa çıxıb.
Prosport.Az xəbər verir ki, komanda səfərdə "Rotor"la qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb. Matçdakı yeganə qolu 17-ci dəqiqədə İrakli Manelov öz qapısından keçirib.
Şeydayev də bu oyunda iştirak edib. O, 83-cü dəqiqədə Aleksandr Metsiyevin əvəzinə meydana çıxıb.
"Soçi" hazırda 29 xalla 2-ci pillədədir. Şeydayevin komandası lider “Pari NN”dən 5 xal geri qalır.
