Azərbaycan Premyer Liqasının VIII turunda "Sumqayıt" doğma meydanda "Araz-Naxçıvan"a qalib gəlib.
Prosport.Az xəbər verir ki, SOCAR Polymer Arenada baş tutan matçda ev sahibləri 2:1 hesablı qələbəyə seviniblər.
"Gənclik şəhəri" təmsilçisinin heyətində Ronaldo Vaskez (62) və Nihad Əhmədzadə (82) fərqləniblər. Naxçıvan kollektivinin yeganə qolunu isə Alberto Fernandes (32) vurub.
