Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Neftçi" elitada qalmaq üçün pul təklif edib - ŞOK
    16.10.2026 14:12:34

    Rusiyanın “Dinamo Moskva” klubunun sabiq qapıçısı Aleksandr Uvarov SSRİ çempionatları dövründə danışılmış oyunlarla bağlı xatirələrini bölüşüb.

    Prosport.Az xəbər verir ki, veteran qolkiper “Sport-Ekspress”ə müsahibəsində 1988-ci ildə Bakıda “Neftçi” ilə keçirdikləri qarşılaşmadan sonra eşitdiyi söhbəti də açıqlayıb.

    O, 1988-ci ildə Bakıda keçirilmiş oyunda iştirak etməyən əsas qapıçı Dmitri Xarinin əvəzinə meydana çıxdığını bildirib. Uvarovun sözlərinə görə, qarşılaşma zamanı İskəndər Cavadov ayağına güclü zərbə endirib və o, matçı çətinliklə başa vurub. Buna baxmayaraq, qapısını toxunulmaz saxlayıb.

    Həmin görüşdə Moskva “Dinamo”su 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu 34-cü dəqiqədə İqor Dobrovolski penaltidən vurub.

    Maraqlıdır ki, 1988-ci il mövsümünün sonlarına yaxın keçirilən bu qarşılaşmada “Neftçi” güclülər dəstəsində yerini qorumaq uğrunda mübarizə aparırdı və xallara ehtiyacı var idi. Lakin sonda 16 komanda arasında 15-ci yeri tutan Bakı klubu I Liqaya enib.

    Uvarov qalib gəldikləri oyundan sonra baş verən hadisəni belə xatırlayıb: “‘İnturist’ hotelinə qayıdırdıq. Liftlərin yanında masalar vardı, iki qəribə adam oturmuşdu. Ayaqlarının yanında diplomat vardı. Mənə işarə edərək dedilər: "Bax, pul vermək lazım olan adam bu idi". Öz-özümə düşündüm ki, bu nə məsələdir? Mən belə məsələlərdə sadəlövh idim”.

    Uvarov müsahibəsində danışılmış oyunlarla bağlı başqa bir hadisəyə də toxunub. O, 1982-ci ildə Moskva “Dinamo”sunun doğma meydanda Minsk “Dinamo”suna 0:7 hesabı ilə uduzduğu qarşılaşmanın danışılmış oyun olduğunu yalnız illər sonra öyrəndiyini söyləyib.

    Sabiq qapıçının sözlərinə görə, həmin vaxt komandaya Minsk təmsilçisinə kömək etmək təklif olunub. Lakin o, belə oyunlarda iştirak etməyəcəyini və öz qapısına qol vurmayacağını bildirib.

    Uvarov həmin qarşılaşmada baş verənlərdən şübhələnmədiyini, Minsk komandasının üstün oyun nümayiş etdirdiyini düşündüyünü vurğulayıb. Danışılmış oyun barədə həqiqəti öyrənəndə isə şoka düşdüyünü etiraf edib.

    Futbol

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21
    Futbol

    "O, dünyada ən ucuz və ən keyfiyyətli legionerdir" – Azər Məmmədov

    18.10.2026 21:38:45
    Futbol

    "Məğlub olsaydıq belə, buradan mənfi enerji ilə ayrılmayacaqdım" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23
    Futbol

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10
    Futbol

    "İmişli"yə gəlməzdən öncə Starkovla məsləhətləşmişdim" – Ervin Perkon

    18.10.2026 18:28:11
    Futbol

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Oyunçular hətta onlardan nə tələb etdiyimi tam anlamır" – "Sumqayıt"ın baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "O, dünyada ən ucuz və ən keyfiyyətli legionerdir" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Məğlub olsaydıq belə, buradan mənfi enerji ilə ayrılmayacaqdım" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39

    Naxçıvan klubunun baş məşqçisi: "Sabah"la oyun da çətin olacaq"

    18.10.2026 19:45:56

    "Toparlanmalıyıq..." - Gəncə klubunun məşqçisi

    18.10.2026 19:11:07

    "İmişli"yə gəlməzdən öncə Starkovla məsləhətləşmişdim" – Ervin Perkon

    18.10.2026 18:28:11

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32

    "İmişli" layiqli qələbə qazandı" – Qurban Berdiyev

    18.10.2026 17:47:41

    "İmişli" "Turan Tovuz"u əliboş göndərdi - VİDEO

    18.10.2026 17:06:12

    Naxçıvan klubu avrokubokda çıxış edən komandanı məğlub etdi

    18.10.2026 17:05:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved