Türkiyə millisinin sabiq futbolçusu Nihat Kahveci “Sabah”ın Çempionlar Liqasının Liqa mərhələsinin II turunda “Slaviya” üzərində qazandığı qələbəni şərh edib.
Prosport.Az xəbər verir ki, veteran hücumçu Bakı təmsilçisinin uğurunu yüksək qiymətləndirib və klubun bütün kollektivini təbrik edib.
“Sabah”a bravo! Məşqçilər heyətini, futbolçuları, klub prezidentini və rəhbərliyini təbrik edirəm. Azərbaycan futbolsevərlərini də təbrik edirəm.
Gələn həftə “Slaviya” İstanbulda “Fənərbağça” ilə qarşılaşacaq. Ümid edirəm ki, “Fənərbağça” da “Sabah” kimi çıxış edərək Çexiya komandasından 3 xal alacaq”.
