UEFA Konfrans Liqasının Liqa mərhələsində ilk turun oyunlarına start verilib.
Prosport.Az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” evdə Danimarkanın “Midtüllan” klubu ilə üz-üzə gəlib.
Gərgin mübarizə şəraitində keçən qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. Zamiq Əliyev görüşü ehtiyat oyunçular skamyasından izləyib və meydana çıxmayıb.
