Türkiyə I Liqasının X turu çərçivəsində keçirilən “Muğlaspor” – “Bursaspor” qarşılaşması qonaqların 3:0 hesablı qələbəsi ilə bitib.
Prosport.Az xəbər verir ki, ilk hissəsi qolsuz bitən matçın 2-ci yarısında üstünlüyü ələ alan “Bursaspor” aktivinə 3 xal yazdırıb.
Milli komandamızın üzvü Toral Bayramov Bursa təmsilçisinin heyətində ardıcıl 2-ci matçda sonadək ehtiyatda qalıb. Əvəzində onun komanda yoldaşı Keleçi İheanaço Türkiyə futbolunda peşəkar liqalarda ardıcıl 10 oyunda qol vuran ilk futbolçu kimi tarixə düşüb.
Qeyd edək ki, “timsahlar” 10 turdan sonra 22 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
