Azərbaycan millisinin sabiq futbolçusu Tərlan Əhmədov köhnə "Neftçi" bazada görüntülənib.
Prosport.Az-ın xəbərinə görə, "Neftçi" və "Kəpəz"in keçmiş baş məşqçisi bu yaxınlarda "Araz-Naxçıvan"ın əvəzedici komandasında köməkçi məşqçi kimi işə başlayan Emin
Quliyevlə birgə domino oynaması və nargilə çəkməsi diqqətdən yayınmayıb.
Qeyd edək ki, Tərlan Əhmədovun son iş yeri "Kəpəz" olub. 2023-cü ildən Gəncə klubundan istefaya göndərilən mütəxəssis həmin vaxtdan bəri işsizdir. Əhmədov keçmiş AZAL və "Keşlə" klublarını da çalışdırıb.
