Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Polşa çempionatında hər şey Azərbaycandakından yaxşıdır" - Mateuş Koxalski
    15.10.2026 18:48:07

    “Qarabağ”ın sabiq qapıçısı Mateuş Koxalski Azərbaycan və Polşa çempionatlarını müqayisə edib.

    Prosport.Az xəbər verir ki, hazırda Polşanın “Veçista" klubunda çıxış edən 26 yaşlı qolkiper “goal.pl” saytına müsahibəsində Azərbaycan Premyer Liqası ilə bağlı fikirlərini bölüşüb.

    O, Polşa çempionatının səviyyəsini daha yüksək qiymətləndirib: “Düşünürəm ki, Polşa Ekstraklasında hər şey daha yaxşıdır. Azərbaycanda buradakından yaxşı olan heç nə yoxdur”.

    Koxalski “Qarabağ”ın Polşa çempionatında hansı yerlər uğrunda mübarizə apara biləcəyi ilə bağlı sualı da cavablandırıb: “Düşünürəm ki, “Qarabağ” ilk "3-lük" uğrunda mübarizə apara bilər. Bəli, məhz “Qarabağ”. Çempionlar Liqasına vəsiqə qazanan “Sabah” da yüksək yerlərdən birini tuta bilər. Azərbaycan çempionatının digər komandaları isə bizim liqada qalmaq üçün ciddi çətinlik çəkərdilər”.

    Polşa millisinin son toplanışında iştirak edən qapıçı yenidən yığmaya dəvət almaq istədiyini də bildirib: “Bilirəm ki, baş məşqçi məni izləyəcək. Sadəcə, mümkün qədər yaxşı oynamalı və az qol buraxmalıyam. Əlimdən gələn budur. Dəvət alacağıma ümid bağlamıram, amma çağırsalar, sevinərəm. Bu mövqeyə çoxlu namizəd var. Ona görə də milliyə düşmək və orada qalmaq üçün daha da yaxşı olmalıyam”.

    2029-cu ilə qədər “Veçista"yla müqaviləsi olan Koxalski gələcəkdə daha güclü kluba keçmək ehtimalını da istisna etməyib: "Hər bir futbolçu inkişaf etmək, irəli getmək və ən yaxşı klublarda oynamaq istəyir. Əgər həm mənim, həm də klubumun xeyrinə olacaq fürsət yaransa, bu, yaxşı olar. Amma hazırda əsas məqsədim bu deyil. “Veçista”ya yenicə qoşulmuşam və mümkün qədər yaxşı oynamalıyam. Əlbəttə, yüksək liqadan, böyük klubdan təklif alsam, düşünürəm ki, hamı məni başa düşər. Belə təklifi qəbul edərəm. Futbolçunun karyerası da belə inkişaf etməlidir. Ancaq hələlik klubumu dəyişməyi planlaşdırmıram”.

    Futbol

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21
    Futbol

    "O, dünyada ən ucuz və ən keyfiyyətli legionerdir" – Azər Məmmədov

    18.10.2026 21:38:45
    Futbol

    "Məğlub olsaydıq belə, buradan mənfi enerji ilə ayrılmayacaqdım" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23
    Futbol

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10
    Futbol

    "İmişli"yə gəlməzdən öncə Starkovla məsləhətləşmişdim" – Ervin Perkon

    18.10.2026 18:28:11
    Futbol

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Oyunçular hətta onlardan nə tələb etdiyimi tam anlamır" – "Sumqayıt"ın baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "O, dünyada ən ucuz və ən keyfiyyətli legionerdir" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Məğlub olsaydıq belə, buradan mənfi enerji ilə ayrılmayacaqdım" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39

    Naxçıvan klubunun baş məşqçisi: "Sabah"la oyun da çətin olacaq"

    18.10.2026 19:45:56

    "Toparlanmalıyıq..." - Gəncə klubunun məşqçisi

    18.10.2026 19:11:07

    "İmişli"yə gəlməzdən öncə Starkovla məsləhətləşmişdim" – Ervin Perkon

    18.10.2026 18:28:11

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32

    "İmişli" layiqli qələbə qazandı" – Qurban Berdiyev

    18.10.2026 17:47:41

    "İmişli" "Turan Tovuz"u əliboş göndərdi - VİDEO

    18.10.2026 17:06:12

    Naxçıvan klubu avrokubokda çıxış edən komandanı məğlub etdi

    18.10.2026 17:05:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved