Futbol üzrə Azərbaycan I Liqasında V turun ilk oyunları baş tutub.
Prosport.Az xəbər verir ki, turun ilk günündə 3 qarşılaşma keçirilib.
“Zaqatala” doğma meydanda “Səbail”ə 1:3 hesabı ilə məğlub olub. “Xankəndi” “Şahdağ Qusar” üzərində 1:0 hesablı qələbə qazanıb. Günün digər oyununda isə “Şimal” səfərdə “Mingəçevir”i 4:1 hesabı ilə üstələyib.
Qeyd edək ki, tura oktyabrın 16-da yekun vurulacaq.
I Liqa
V tur
15 oktyabr
“Zaqatala” – “Səbail” 1:3
Qollar: Əsədulla Heydərov, 89 – Samuel Nonqo, 13. Yan Said, 21. Aldo Qomeş Soareş, 24.
“Xankəndi” – “Şahdağ Qusar” 1:0
Qol: Bəhruz Teymurov, 88.
“Mingəçevir” – “Şimal” 1:4
Qollar: Nemət Şıxamirov, 48 – Niyazi Osmanov, 37. Elşad Əliyev, 45+3. Gülalı Mehrəliyev, 87. Mustafa Niambele, 90+4.
