“Sabah”ın UEFA Çempionlar Liqasının II turunda “Slaviya” üzərində qələbəsi növbəti rəqib Dortmund “Borussiya”sında təşvişə səbəb olub.
Prosport.Az xəbər verir ki, Almaniya mətbuatı Azərbaycan çempionunun çexiyalıları məğlub etməsini (2:0) sürpriz nəticə adlandırıb.
Almanlar xüsusən də qapıçı Stas Pokatilovun inamlı çıxışını və komandanın sürətli əks-hücumlarla real qol vəziyyətləri yaratmasını ön plana çəkib. Dortmundlular Azərbaycana uzun səfərin ardından baş tutacaq qarşılaşmanın komanda üçün gözlənildiyi kimi asan keçməyəcəyini proqnozlaşdırıb.
Qeyd edək ki, “Sabah” – “Borussiya” oyunu oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək.
