"İlk növbədə, "Trabzonspor"u qələbə münasibətilə təbrik edirəm. Oyunun ilk 7-8 dəqiqəsində rəqibin 16:9 hesablı üstünlüyünü 29:9-a çatdırdığı hissə bizim üçün həlledici oldu. Bundan sonra oyuna qayıtmaq və istədiyimiz basketbolu nümayiş etdirmək xeyli çətinləşdi".
Prosport.Az xəbər verir ki, bunu "Sabah" basketbol klubunun baş məşqçisi Lazar Spasiç klubun mətbuat xidmətinə açıqlamasında bildirib.
O, FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə A qrupunda "Trabzonspor"a qarşı keçirdikləri oyunu dəyərləndirib: "Oyuna niyə bu cür başladığımızı bilmirəm. Sanki rəqibə həddindən artıq hörmətlə yanaşdıq və müdafiədə lazımi səviyyədə çıxış etmədik. Qarşımızda hücum potensialı yüksək olan komandanın dayandığını bilirdik. Belə bir rəqibi səfərdə məğlub etmək istəyiriksə, ilk növbədə, təkbətək mübarizələrə nəzarət etməliyik".
Qeyd edək ki, "Trabzonspor" - "Sabah" oyunu rəqib komandanın 100:83 hesesablı qələbəsi ilə bitib.
