FIBA Avropa Kubokunda II turun oyunları keçirilir.
Prosport.Az xəbər verir ki, "Neftçi" bu gün Bakıda VEF-i qəbul edib. Saat 19:00-da Sərhədçi İdman Sarayında baş tutan qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb.
Belə ki, "Neftçi" qrupdakı ikinci görüşündə 94:110 hesablı ilə məğlub olub.
FIBA Avropa Kuboku, H qrupu
19:00 "Neftçi" - VEF 94:110 (26:24, 30:26, 16:30, 22:25)
