“İmişli”də baş məşqçinin səlahiyyətlərinin müvəqqəti icrası köməkçi məşqçi Ervins Perkonsa həvalə olunub.
Prosport.Az xəbər verir ki, latviyalı mütəxəssis müvəqqəti olaraq komandanın məşq prosesinə və oyunlara hazırlığına rəhbərlik edəcək.
Qeyd edək ki, "İmişli" ötən gün Fərid Namazovla yollarını ayırıb.
